“Taliban” Əşrəf Qaninin özü ilə apardığı vəsaitləri geri istəyir

24-09-2021, 10:08           
“Taliban” Əşrəf Qaninin özü ilə apardığı vəsaitləri geri istəyir
“Əfqanıstanın yeni hökuməti ölkədən qaçan Prezident Əşrəf Qaninin təhvil verilməsini deyil, onun özü ilə apardığı dövlət vəsaitlərinin geri qaytarılmasını istəyir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Əfqanıstanın müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zabiulla Mücahid “RİA Novosti”yə müsahibəsində deyib.

“Xeyr, biz Əşrəf Qaninin verilməsi istəmirik. Lakin Qani dövlət vəsaitlərini oğurlayıb və biz onların banka qaytarılmasını tələb edirik. Bu vəsaitlər xalqa və bizim banklara məxsusdur”, - deyə Mücahid bildirib.

Qeyd edək ki, Əfqanıstan Prezidenti Əşrəf Qani Kabil şəhərinin “Taliban” hərəkatı tərəfindən tutulmasından sonra ölkəni tərk edib. O, bu addımı “müharibənin qarşısını” almaq üçün atdığını vurğulamışdı.

Bununla belə, Əşrəf Qani hadisədən 3 gün sonra BƏƏ-də videoformatda çıxış edərək ölkəsinə geri dönməyi vəd etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru