Qazax RPŞ-də nələr baş verir İTTİHAM

28-03-2016, 22:37           
Qazax RPŞ-də nələr baş verir İTTİHAM
Şöbəyə yeni rəis təyin olunmuş Natiq Həsənova qarşı ciddi itihamlar irəli sürülür. TEREF.İNFO olaraq poçtumuza gələn bu məlumatı oxucularılmıza təqdim edirik:
Gündəlik baş verən hadisələrdən görürük ki, bu gün ölkəmizdə stabilliyin, ictimai asayişin mühafizəsində, eləcə də dövlətçiliyin qorunması və möhkəmləndirilməsi işində DİN strukturlarının danılmaz xidmətləri vardır. Lakin bütün buna baxmayaraq saytımızın poçtuna daxil olan məlumatlarda bəzi rayon polis idarə və şöbələrinin fəaliyyələrindən yerli sakinlər tərəfindən ciddi narazılıqlar olduğu görünməkdədir. Bu barədə redaksiyamıza yeni daxil olmuş məktubda Qazax Rayon Polis Şöbəsinin fəaliyyətinə dair ciddi iradlar irəli sürülüb. Qeyd edək ki, Qazax RPŞ-nin rəisi vəzifəsinə bu ilin yanvar ayının 19-dan polkovnik-leytenant Natiq Həsənov təyinat alıb. Bununla belə, rayondan daxil olan məlumatlarda artıq bu polis məmurunun fəaliyyətindən ciddi narazılıqlar öz əksini tapmaqdadır. Ən əsası isə məlumatlarda rayon sakinlərini xüsusilə narahat edən problemlərdən biri kimi, bu gün Qazaxda getdikcə daha çox yayılmaqda olan narkomaniya diqqət çəkirlər. Məlumatda bildirilir ki, RPŞ-nin əməkdaşları narkodilerlərlə mübarizədə özlərini həddən artıq passiv aparırlar. Elə bir müddət əvvəl baş vermiş bir insidentin araşdırılması da, vətəndaşlar tərəfindən irəli sürülən bu iradların tamamilə əsaslı olduğunu sübut edir.

TEREF.İNFO bildirir ki, Qazaxdan verilən məlumata görə, bir müddət bundan əvvəl, Qazaxda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər kimi tanınan, Orxan adlı və Ako ləqəbli iki vətəndaşın arasında dava düşüb. Dava nəticəsində, Orxan Akonun baş nahiyəsinə çəkiclə zərbə endirib. Bundan sonra hər iki vətəndaş saxlanılaraq polisə gətiriliblər. Əvvəlcə işi istintaq şöbəsinin rəisi Kazım müəllim aparmalı idi, sonradan Natiq Həsənovun göstərişi ilə işi RPŞ rəisinin gənc qohumu, Elnur adlı müstəniqə veriblər. Daha sonra məlumatda bildirilir ki, Orxanın anası Natiq Həsənovun qəbuluna gələrək, bu işin “bağlanması” üçün rəisə 2000 (iki min) manat təklif edib. Lakin rəis məbləği daha 1000 (min) manat artırmağı tələb edib və əks halda Orxanın hətta 9 il müddətinə azadlıqdan məhrum oluna biləcəyini də vurğulayıb.
Bununla belə məlumatı təqdim edən mənbə böyük ehtimalla tərəflərin hər halda razılığa gəldiklərini söyləyir. Məlumat verən mənbənin dediyinə görə, hazırda həm Orxan, həm də Ako tam sərbəst olaraq rayonda dolaşmaqda və öz “biznesləri” ilə məşğul olmaqdadırlar.
Sonda belə bir məqamı da qeyd edək ki, Natiq Həsənov hazırda tutduğu vəzifəyə təyin olunana qədər Yevlax RPŞ-də rəis müavini vəzifəsində çalışıb. İddia olunur ki, onu bu vəzifəyə təyin edən şəxs keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudov olub. Bu gün isə, Qazaxa yeni gəlməsinə rəğmən, Natiq Həsənova qarşı artıq rayonda fəaliyyət göstərən sahibkarlıq öbyektlərinə “aylıq haqq” ödənişlərinin təyin olunması barədə ittihamlar belə irəli sürülməkdədir. Mənbənin iddiasına görə, bu kimi tələblərə irili-xırdalı bütün ticarət və istehsalat obyektləri, hətta qəzet köşkləri belə məruz qalmışdır...
Qazaxdan məlumat verən mənbənin açıqlamasına görə rəis nəinki sahibkarlara idarə müdürlərinə belə "haqq" qoyub.Mənbənin verdiyi məlumata görə idarə müdürləri polis rəisinə nəyə görə haqq verməli olduğlarını başa düşə bilmirlər. Deyilənə görə artıq telefon qovşağı müdüri rəisi razı salıb.
Məlumatlı mənbənin yazdığına görə bu gün Qazaxda oğurluq baş alıb gedir. Lakin polisin bütn bunlara belə sakit yanaşması bir çox suallar doğurur. Elə bu günlərdə baş vermiş ticarət mərkəzində yerləşən mağazaların yarılması və orada oğurluq hadisəsinin baş verməsidə bunun bariz göstəricisidir. Bütün bu neqativ halların baş verdiyi zamanda polisin passivliyi çox düşündürücüdür.

Teref info olaraq Natiq müəllimlə nə qədər əlaqə saxlamaq istəsəkdə buna müfəfəq ola bilmədik, lakin teref.az olaraq qarşı tərəfi dinləməyə və onların mövqeyini yayınlamağa hazırıq.
Gələn sayımzda Qazax bazarında alverçilərə polis tərəfindən qoyulan "haqq"- dan.
Bazarın "uçastkovusu" (sahə müvəkkili red) kimə güvənərək bazarda "ərəbzəngi"-lik edir. suallarına cavab axtaracağıq
Bizi izləyin.
TEREF.İNFO












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.