Laçın dəhlizi hələ də RUSLARIN ƏLİNDƏDİR...

21-10-2021, 10:42           
Laçın dəhlizi hələ də RUSLARIN ƏLİNDƏDİR...
Müvəqqəti olaraq Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur ərazilərinin bir hissəsində yerləşdirilmiş rəsmən sülhməramlı sayılan Rusiya hərbi kontingentinin Laçın rayonunun Zabux kəndi yaxınlığındakı 1 nömrəli müşahidə və nəzarət-buraxılış postundan son video-görüntülər yayılıb.

Moderator.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat paylaşılıb.

“Sülhməramlılar son bir həftə ərzində 200-dən çox nəqliyyat vasitəsinin və 1000 nəfərin Laçın dəhlizindən Dağlıq Qarabağa və geriyə təhlükəsiz hərəkətini təmin ediblər. Mümkün təxribatların qarşısını almaq üçün hərbçilər bütün avtomobilləri yoxlayır”- Rusiya kontingentinin sözçüsü Yevgeni Mişin belə deyib.

Onun sözlərinə görə, bütün postlar müasir xarici video-müşahidə kameraları, müasir projektorlar və fasiləsiz enerji təchizatı ilə təmin olunub.
Laçın dəhlizindəki 1 nömrəli postdan son
Göründüyü kimi, hələ də Laçın dəhlizinə Azərbaycanın müvafiq dövlət qurumlarının birbaşa nəzarəti təşkil olunmayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru