"Pfizer-BioNTech" peyvəndinin uşaqlarda effektivlik dərəcəsi açıqlandı

23-10-2021, 11:21           
"Pfizer-BioNTech" peyvəndinin uşaqlarda effektivlik dərəcəsi açıqlandı
"Pfizer-BioNTech" peyvəndinin uşaqlarda effektivlik dərəcəsi açıqlanıb.

“Haber Global” xəbər verir ki, ABŞ Qida və Dərman Mərkəzinin araşdırmaları nəticəsində peyvəndin 5-11 yaş arası uşaqlarda effektivliyinin 90,7 faiz olduğu məlum olub.

Araşdırma ilə 5-11 yaş arası 2 268 uşağın üç həftə ara ilə normal dozanın 1/3 hissəsi ilə peyvəndləndiyi və onlarda immun sisteminin yarandığı müəyyən edilib.

ABŞ Qida və Dərman Departamenti oktyabrın 26-da 5-11 yaş qrupu üçün peyvəndin təsdiq edilib-edilməyəcəyinə qərar vermək üçün bir araya gələcək. 5-11 yaş arası uşaqlar üçün peyvənd təsdiq edilərsə, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi peyvəndlərin necə tətbiq edilməsinə dair tövsiyələr vermək üçün noyabrın 2-3-də görüş keçirəcək.

Həmçinin "Pfizer-BioNTech" peyvəndinin üçüncü gücləndirici dozasının effektivliyinin 95,6 faiz olduğu qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru