Hafiz Hacıyev koronavirusa yoluxdu - VƏZİYYƏTİ AĞIRDIR
25-10-2021, 10:30
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev koronavirusa yoluxub.
Teref.az unikal.org-a istinadən xəbər verir ki,, hazırda partiya sədrinin vəziyyəti ağırdır.
Qeyd edək ki, H.Hacıyev oktyabr ayının 17-dən etibarən Gömrük Hospitalında müalicə alır. Test nəticəsi pozitiv çıxdıqdan sonra bir neçə gün vəziyyəti yaxşı olsa da, son günlərdə halı pisləşib və reanimasiyaya yerləşdirilib.