Həkim Saakaşvilinin səhhətindən danışdı

27-10-2021, 00:07           
Həkim Saakaşvilinin səhhətindən danışdı
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin şəxsi həkimi Nikoloz Ğipşidzenin sözlərinə görə, Saakaşvilinin səhhəti hər an dəyişə bilər.

Cia.az xəbər verir ki, həkim bu barədə Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsini tərk etdikdən sonra jurnalistlərə bildirib.

O bildirib ki, Saakaşvili aclıq aksiyasını dayandırmaq niyyətində deyil və Qldani həbsxanasının xəstəxanasına aparılmaqdan imtina edir.

“Səhhət dünənki kimidir. Analizlərini öyrəndik, zərər yoxdur.

Mövqeyi eynidir, aclığa davam edir. O, heç bir halda Qldani həbsxana xəstəxanasına getməyə hazırlaşmır. Təzyiq dəyişkənliyi var.

Hazırda onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur, lakin 10 dəqiqədən sonra xəstəxanaya yerləşdirilməli ola bilər", - Ğipşidze bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru