Dünyanın ən bahalı şirkəti məlum olub

30-10-2021, 09:14           
Dünyanın ən bahalı şirkəti məlum olub
“Microsoft” şirkəti təxminən 2,46 trilyon dollarlıq kapitallaşması ilə dünyanın ən bahalı şirkəti olub, bazar maliyyələşməsi təxminən 2,41 trilyon dollar olan “Apple”ı qabaqlayıb.

“Report” xəbər verir ki, bunu Nyu-York Fond Birjasında cümə günü keçirilən hərracların məlumatları əks etdirir.

“Apple”-in səhmləri cümə axşamı axşamı rüblük məlumatların yayımlanmasından sonra təxminən 4% ucuzlaşıb. Şirkətin gəlirləri analitiklərin proqnozlaşdırdığı orta səviyyədən aşağı olub. Digər tərəfdən, “Microsoft”un səhmləri artıb və hazırda proses davam edir.

Qeyd edək ki, “Microsoft”un əsası 1975-ci ildə sahibkarlar Bill Qeyts və Pol Allen tərəfindən qoyulub. “Microsoft” fərdi kompüterlərdən tutmuş mobil telefonlara qədər müxtəlif cihazlar üçün proqram təminatı istehsal edən ən böyük şirkətlərdən biridir. Şirkətin baş ofisi ABŞ-ın Redmond (Vaşinqton ştatı-red) şəhərində yerləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru