SALEH MƏMMƏDOV YOLA SALINIR, YERİNƏ O GƏLİR

30-10-2021, 15:35           
SALEH MƏMMƏDOV YOLA SALINIR, YERİNƏ O GƏLİR
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yaxın aylarda yola salına bilər. TİA.Az-ın xəbərinə görə, onun yerinə namizəd də irəli sürülüb. Həmin şəxsin Kamil Əliyev adlı biri olduğu iddia edilir. Onun hökumətin yeni komandasında yer alacaq gənc və bacarıqlı kadr olduğu haqda məlumatlar var. S. Məmmədovla yanaşı onun adamlarının da agentlikdəki işini itirəcəyi söylənilir. AAYDA-nın fəaliyyətinin şəffaflaşdırılması üçün kadr dəyişikliyinə gedildiyi bildirilir. Son illərdə bu quruma ayrılan vəsaitlərin korrupsiyaya uğraması, rəhbər şəxslərin barəsində müxtəlif ittihamlar, bizneslərinin, mülklərinin siyahısının üzə çıxarılması belə əsas yaradıb ki, Agentlikdə də dəyişikliyin vaxtı çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru