Yer kürəsində sutka ərzində meşələrin sahəsi 27 futbol meydançası həcmində azalır

2-11-2021, 09:53           
Yer kürəsində sutka ərzində meşələrin sahəsi 27 futbol meydançası həcmində azalır
Dünya ölkələri 2030-cu ilədək meşələrin məhvinin dayandırılmasını istəyirlər.

APA-nın xəbərinə görə bu məlumat Böyük Britaniya hökumətinin Qlazqo şəhərində keçirilən BMT-nin İqlim sammiti (COP26) ilə bağlı yaydığı Press-relizdə yer alır.

Qeyd olunur ki, bu gün iclasların əsas mövzusu meşələrin kütləvi qırılması olacaq. Söhbət xüsusilə Amazon meşələri, Kanada və Konqonun meşə massivlərindən gedir. Bildirilir ki, Yer kürəsində sutka ərzində meşələrin sahəsi 27 futbol meydançası həcmində azalır.

İştirakçı dövlətlərin meşələrin vəziyyəti ilə bağlı bəyannamə imzalaması da gözlənilir. Böyük meşə massivlərinə malik ölkələr sənədə tərəfdar çıxıb. Bir neçə dövlət yaşıllıqların qorunması üçün təcili maliyyə vəsaiti ayrılmasını təklif edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru