Bakıda orta maaş, başqa göstəricilər

3-11-2021, 18:17           
Bakıda orta maaş, başqa göstəricilər
Bakı Şəhər Statistika İdarəsi makroiqtisadi göstəricilər yayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2021-ci ilin yanvar-sentyabr aylarında paytaxt sənayesində 29,7 milyard manatlıq, əvvəlki ilin eyni dövrünə nəzərən 0,9 faiz çox məhsul istehsal olunub.

Doqquz ayda əsas kapitala 6 milyard 2,8 milyon manat məbləğində, 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 10,2 faiz az vəsait yönəldildiyi vurğulanır.

Pərakəndə ticarət şəbəkəsində 3,9 faiz, ödənişli xidmətlərdən əldə olunan gəlirdə 5,6 faiz, istehlak məhsullarının və xidmətlərin qiymətlərində 4,8 faiz yüksəliş olduğu qeyd edilir.

Sentyabrın 1-nə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 943,3 manat göstərilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru