Sabirabadın yeni təhsil müdiri əmrini almaq üçün pul yığır- İTTİHAM

17-03-2016, 20:33           
Sabirabadın yeni təhsil müdiri əmrini almaq üçün pul yığır- İTTİHAM
Sabirabad rayonunda məktəb direktorları və müəllimlər bir aydan çoxdur ki, çətin vəziyyətə düşüblər. Redaksiyaya verilən məlumata əsasən bir müddət əvvəl rayonun təhsil şöbəsində və orta məktəblərində aparılan yoxlamaların nəticəsi olaraq 14 direktor işdən azad edilib. Onlardan 6 direktor yeyinti faktlarına, 8 direktor isə işdə yol verdikləri kobud səhlənkarlığa görə vəzifəsi ilə vidalaşmalı olublar. Nəticə etibarilə də Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri Elman Bünyadov işindən azad edilib.

TEREF.İNFO yazır ki, gündeminfo.az-ın verdiyi məlumata əsasən bir aya yaxındır ki, rayonun təhsil şöbəsinin müdiri vəzifəsini birinci müavin Azər Quliyev icra edir. Şikayət edən direktorlar bildirir ki, təhsil şöbəsinə müdiri təyin olunmaq üçün Azər Quliyev direktorlarla danışıqlar aparır. 14 məktəbə yeni direktor təyin etdirmək üçün vədlər verir.

Onu da əlavə edək ki, Azər Quliyev də uzun illər Elman Bünyadovla bir yerdə çalışıb. Bizə müraciət edən təhsilişçiləri deyir ki, E.Bünyadovun dövründə hər hansı bir qüsur aşkar edilibsə, bundan A.Quliyevin də xəbəri olmamış deyil. Hər halda təhsil şöbəsinin müdiri işdən çıxıbsa, o zaman ortada olan üsurlara görə, birinci müavin də cavabdehlik daşımalı idi. Hansı ki, indii keçmiş müdirinin günahlarından faydalanaraq kreslo sahibi olmağa can atır…
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
TEREF.İNFO












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.