ŞAHİN MİRZƏYEV NARKOTACİRLƏRƏ «KRIŞALIQ» EDİR
17-03-2016, 23:17
Şirvanın polis rəisinin ünvanına şok ittiham
İstənilən məlumatdan istifadəyə yalnız gundelik-baku.com saytına istinad etməklə icazə verilir. Ölkənin daxili işlər orqanlarında çalışan və işinə mümkün qədər məsuliyyətlə yanaşan insanlar kifayət qədərdir. Hər bir dövlətdə olduğu kimi, Azərbaycanda da polis sabitliyin qorunmasına, vətəndaşlar arasında, cəmiyyətdə asayişin bərqərar edilməsinə birbaşa cavabdehlik daşıyır. Qanunla təsbit olunmuş maddələrə görə, polis cinayətkarları aşkar edib, onları layiqli şəkildə cəzalandırmalıdır. Təəssüf ki, ölkənin polis orqanlarında çalışan bəzi şəxslər polis şərəfinə və etikasına yaraşmayan işlərlə məşğul olurlar. Ötən illərə nəzər salsaq görərik ki, işində yol verdiyi nöqsanlara, kimdənsə rüşvət aldığına görə bir neçə yüksək rütbəli polis zabiti istefaya göndərilib. Daxili İşlər Nazirliyi (DİN) isə müntəzəm olaraq belə əməkdaşlarını aşkar edib, onları polis sıralarından uzaqlaşdırırlar. Bu sahədə ən böyük problem isə respublikanın rayonlarında mövcuddur. Gözdən-könüldən iraq olduqlarını düşünən polis rəisləri dövlətin təsdiq etdiyi qanunlarla yox, özlərinin müəyyən etdikləri "qayda"larla işləyirlər. Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) rəisi Şahin Mirzəyev haqqında da son vaxtlar xoşagəlməz fikirlər səsləndirilir. Daxil olan məlumatlara əsasən, səlahiyyətində olmayan işlərə də qarışan polis rəisinə qarşı bir kəlmə ağır söz deyən yoxdur: «Polis rəisi Şirvanda başqa işlərlə məşğuldur. Onun işi ancaq ticarət obyektlərinə müdaxilə etməkdir. Amma ağır cinayətlərin üstü açılmır. "Polis haqqında" Qanunda isə göstərilir ki, polisin vəzifələri ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək, dövlət idarələrini və digər obyektləri mühafizə etmək, törədilmiş cinayətləri açmaq və sairədən ibarətdir. Şirvanda isə bunların bəzisinə riayət olunmur. Törədilmiş ağır cinayətlərin üstü aylarla açılmır. Həmçinin Şirvanda obyekt işlətmək üçün polis rəisinin icazəsi olmalıdır. Onun razılığı olmadan heç kim fəaliyyət göstərə bilməz. Qanunda həmçinin qeyd olunur ki, polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qorumalıdır». İddialara görə, Şahin Mirzəyev Şirvan ŞPŞ-yə rəis keçdikdən sonra şəhər ərazisində narkotik maddələrin satışı ilə məşğul olan şəxslərin fəaliyyəti genişlənib: «Hətta iş o yerə çatıb ki, narkotik maddələri satan şəxslər orta məktəblərə də yol tapıblar. Hazırda Şirvan şəhərində yüzlərlə gənc narkotik maddələrdən asılı vəziyyətə düşüb. Onların arasında orta məktəb şagirdləri də var. Polis rəisi narkotacirlərə qarşı istənilən səviyyədə mübarizə aparmır. Deyilənə görə, onların bir neçəsinin sərbəst fəaliyyət göstərməsinə rəis özü icazə verib». Şahin Mirzəyevin daha hansı qanunsuz işlərə imza atması barədə araşdırmalara başlamışıq. Yaxın günlərdə Şirvan ŞPŞ-də tüğyan edən qanunsuzluqlarla bağlı ətraflı məlumat verəcəyik. Qarşı tərəfin də münasibət bildirmək hüququ var.\gündəlikbakı\