"MTN işi" qalmaqalından sıyrıldı... - Bu dəfə eyni dərəcədə şanslı olmaya bilər...
18-03-2016, 10:17
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov yaxın günlərdə tutduğu vəzifəsi ilə vidalaşmalı olacaq. GUNDEMİNFO.AZ-a daxil olan məlumata görə, icra başçısı ilə bağlı artıq siyasi qərar verilib. Rayonda Hesablama Palatasının 2015-ci ilin büdcə vəsaitlərinin xərclənməsinə dair aparılmış auditin nəticələri də artıq müvafiq dövlət qurumlarına təqdim edilib. Məlumatlara görə, bir müddət əvvəl MTN olayları ilə əlaqədar olaraq işini itirmiş rabitə və yüksək texonologiyalar nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun yaxın qohumu olan bu icra başçısı işini itiricəyini bilir.
Saytımıza bilgi verən mənbə deyir ki, Ceyhun Cəfərov artıq hər şeydən əlini üzüb və başlayıb ictimai reklamını təşkil etməyə. Mənbəmiz deyir ki, Ceyhun Cəfərov işdən çıxarılacağını bilir, lakin çalışır ki, Hesablama Palatasının qərarları ilə bağlı yaşana biləcək istənilən təhlükədən sığortalansın. Artıq Azərbaycanda dövlət vəsaitlərinin səmərəsiz istifadəsinə görə, məmurlara həbs cəzasının tətbiq edilməsinə dair qanun layihəsi də Milli Məclisdə qəbul olunub.
İndi Ceyhun Cəfərov ətrafında «zəhmətkeşlər» ordusu yaratmaqla, özünü mədh etdirərək aylardır Bakıda üzünə bağlanmış qapıları açmağa çalışır. Lakin mənbəmiz deyir ki, Ceyhun Cəfərov ən qısa zamanda, bayramdan sonra işdən çıxarılacaq. Və onu qohumu Vidadi Zeynalovun taleyinin gözləyib-gözləməyəcəyi isə hələ ki, qətiləşməyib.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.