Lənkəranda nə baş verir - Məmurlar arasında qalmaqal

19-03-2016, 13:46           
Lənkəranda nə baş verir - Məmurlar arasında qalmaqal
İcra başçısı xüsusi xidmət rəisini onun haqqında dosye hazırlamaqda ittiham edir. Lənkərandan Aktual.az-a daxil olan ilginc informasiyaya görə icra başçısı Taleh Qaraşov keçmiş MTN-nin şöbə rəisi, hazırki XDM-ni rayon şöbəsinin rəisi olan Aydın Piriyevlə ciddi qarşıdurma içindədir.

Teref. info aktual.az-a istinadən yazır ki,iddialara görə, rayon icra başçısı Taleh Qaraşov Aydın Piriyevi onun haqqında dosye yığmaqda ittiham edir. Belə ki, Lənkəran icra başçısının rayondakı obyektləri, mülkləri, məmurlardan aldığı haqları nəzarətdə saxlayan Aydın Piriyevin yuxarı dairələrə Taleh Qaraşovun etdiyi əməllərlə bağlı ciddi informasiya ötürdüyü ilə bağlı söz-söhbətlər gəzir. Məhz buna görə icra başçısı ilə hazırki xüsusi xidmət şöbəsinin rəisinin münasibətləri kəskinləşib.

İnformasiya mənbəmiz qeyd edir ki, Taleh Qaraşov son günlər çox ciddi şəkildə xoflanıb. Hətta icra başçısı birinci müavini İlqar Dadaşovdan və digər işçilərindən də şübhələməyə başlayıb.

Aldığımız məlumata görə, son günlər hakimiyyətin icra başçıları ilə bağlı apardığı islahatlarda vəzifəsindən çıxacaq şəxslər arasında ön sıralarda Taleh Qaraşov dayanır.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.