Baş tibb bacısının həmdə xadimə işlədiyi xəstəxana - Şirvan ŞMX-nda "möcüzə"-lər

20-03-2016, 01:01           
Baş tibb bacısının həmdə xadimə işlədiyi xəstəxana - Şirvan ŞMX-nda "möcüzə"-lər
Bu gün ölkə səhiyyəsində ciddi problemlərin olması heç kimə sir deyil.

Dövlət səhiyyə sektorunun inkişaf etdirilməsi, tibb ocaqlarının müasir avadanlıqlarla təchiz olunması, peşəkar kadrların yetişdirilməsi məqsədilə hər il büdcədən milyonlarla manat vəsait ayırır. Amma təssüüflər olsun ki, bu gün ölkəmizdə səhiyyənin mövcud durumu dövlətin ayırdığı diqqət və qayğı ilə tərs mütənasiblik təşkil edir.

Paytaxt Bakıdan uzaqlaşdıqca isə səhiyyə sektorundakı axsamalar daha qabarıq şəkildə gözə çarpır. Bu baxımdan Şirvan Şəhər Mərkəzi Xəstəxanasında vəziyyət daha acınacaqlıdır.

Adıçəkilən səhiyyə ocağı ilə bağlı Savash.org-a daxil olan məlumatlarda təkcə buradakı rüşvətxorluq və korrupsiya hallarından yox, bir şəxsin bir neçə vəzifə tutması haqda da məqamlıar da yer alır.

Daxil olan məlumatda bildirilir ki, Şirvan Mərkəzi Xəstəxanasının Urologiya şöbəsində baş tibb bacısı Nuriyyə xanımın adı həm də xadimə kimi maaş cədvəlinə salınıb. Maraqlıdır, görəsən Şirvanda heçmi işsiz yoxdur ki, baş tibb bacısı həm də xadimə işləyir? Ya Nuriyyə xanım universal bir işçidir ki, ona iki vəzifə (həm də bir-birindən kəskin fərqlənən iki profil üzrə-savash.org) tapşırılıb, ya da Şirvanda kimsə həmin iki vəzifədən birində işləmək istəmir. Hər halda bu müəmanın sirrini Şirvan Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Fərhad Səfərov hamıdan yaxşı bilir. Biz Savash.org olaraq həmin “sirri” bölüşmək niyyəti olarsa baş həkimə tribuna verməyə hazır olduğumuzu bəyan edirik.

Sonda isə bildirək ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanası ilə bağlı əldə etdiyimiz digər məlumatları da yaxın günlərdə diqqətinizə çatdıracağıq.
- Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində baş verən ilginc oyunların pərdəarxası…
- Şirvanda hər kəsin “Siyasətin mağazası” kimi tanıdığı ticarət obyektindən oğurluq edən, adı işdə olsa da özləri xəstəxanada görünməyən işçilərin şok siyahısı…
- Səhiyyə Nazirliyi Şirvan Mərkəzi Xəstəxanasındakı dözülməz durumu niyə görmək istəmir…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.