Şamaxının təhsil şefi Bakıda ev tikdirir, əziyyətini müəllimlər çəkir

24-03-2016, 00:07           
Şamaxının təhsil şefi Bakıda ev tikdirir, əziyyətini müəllimlər çəkir
Rayonda hər bir müəllimdən 50 manat yığılmasının sirri açılır.

Şamaxı təhsilində bibarıçı vəziyyət yaşanır. Artıq bir neçə gündür rayon orta məktəblərində müəllimlərdən pul yığılmasına başlanılıb. Hər müəllimdən 50 manatdan pul toplanıldığı deyilir.

Məlumatlarda vurğulanır ki, Şamaxı Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyevin təlimatı əsasında yığılan pulların konkret olaraq hansı məqsədlərə xərclənəcəyi məlum deyil. İlkin məlumatlar ondan ibarətdir ki, Eminalıyevin bəzi borcları var və o səbəbdən də müəllimlərə yüklənib.
Eyvaz Eminalıyevin bundan əvvəl də bu şəkildə davranışları olub. Onun mütəmadi olaraq müəllimlərdən pul yığması halları baş verib. Qeyd edilir ki, ötən müddət ərzində baş verən bu olaylara etiraz edənlər olsa da, sonradan məsələ həllini tapdı. Amma bu dəfə analoji vəziyyətin yaşanacağı gözlənilmir. Güman edilir ki, bu dəfə müəllimlər Bakıy, Təhsil Nazirliyinə üz tutacaqlar. Çünki faktiki olaraq, xeyli borcları olmaqla yanaşı, həm də dolanışıqları bərbad gündədir. Belə bir vəziyyətdə, maaşlarının 50 manatının tutulması isə onları daha da ağır duruma salacaq.

Bu əsnada onu da bildirək ki, Eyvaz Eminalıyev Bakıda özünə ev tikdirdir. Gələn xəbərlərə görə, bir neçə mərtəbədən ibarət olan həmin evin heç də ucuz qiymətə başa gəlmədiyi deyilir. Vurğulanır ki, Şamaxı təhsilinin şefinin müəllimlərdən pul toplatdırması da məhz bu tikinti işləri ilə bağlı ola bilər.
Demokratiya












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.