ŞAMAXI ŞAHI NƏDƏN QƏZƏBLƏNDİ?

27-03-2016, 18:59           
ŞAMAXI ŞAHI NƏDƏN QƏZƏBLƏNDİ?
İcra nümayəndəsinin prezidentə müraciəti ona baha başa gəldi.

Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev ölkənin ən unukal dövlət görəvlilərindəndir. İcra hakimiyyətinin başçısı təyin olunduğu vaxtdan rayonun idarəçiliyini I müavini Qasım Qasımova həvalə edən başçı, yalnız dövlət bayramlarında görünür. Mətbuatın ziddiyyətli adam kimi təqdim etdiyi I müavin “baş vəzir” statusunda özünü çox rahat hiss edir. Ən böyük avantajı isə PA rəhbərinin müavini Zeynal Nağdəliyevin tələbə yoldaşı olmasıdır.

I müavin öz mövcudluğunu qoruyub saxlamaq üçün yerli əhalinin padar adlandırdığı şəxslərdən ibarət etibarlı komanda da yaradıb. Mənbə bildirdi ki, padar olmayan bir nəfər belə cənab Qasımovdan vəzifə ala bilməz. Məlumatda o da qeyd olunur ki, hələ 2003-cü ildə ölkə başçısı Şamaxıda olarkən, yerli İcra Hakimiyyətinə rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynova daha məsuliyyətli görəvin verilməsi ilə bağlı tapşırığı məhz məlum səbəblərdən icra olunmur.
Bir neçə gün öncə isə Şamaxıda daha bir maraqlı hadisə baş verib. Şamaxı 1 saylı İxtisaslaşmış Ruhi Əsəb İnternatının və Samaxı ƏƏSM-in sabiq rəhbəri Çingiz Mehrəliyev 6 ay öncə təyin olunduğu rayonun Haciqədirli kəndi icra nümayəndəsi vəzifəsindən də məhz Asif Ağayevi qəzəbləndirdiyi üçün azad edilib. Səbəb isə çox sadədir. Əmək haqqının azlığı ilə bağlı rayon maliyyə şöbəsinə müraciət edən Çingiz Mehrəliyevə, şobədən onun heç zaman dovlət qullugunda isləməmisi səbəb kimi göstərilib. Bundan əsəbləşən Ç.Mehrəliyev dövlət başçısına şikayət ərizəsi ünvanlayıb. Ərizədən xəbər tutan RİH başçısı A.Ağayev isə Ç.Mehrəliyevi dərhal görəvindən azad edib. Onu da qeyd edək ki, uzun müddətdir rayonun Sabir qəsəbəsinə, Məlhəm kəndlərinə yerli icra nümayəndələri təyin olunmayıb. Mənbə təyinatların olmamasını məhz RİH başçısının I müavini Q.Qasımovun kriteriyaları ilə əlaqələndirdi.

Artıq həmin kənd və qəsəbələrin siyahısına Hacıqədirli kəndi də əlavə olundu. Mənbə onu da qeyd etdi ki, yerli sakinlərin Şamaxı şahı adlandırdığı RİH-nin başçısı “baş vəziri” vasitəsilə rayonda fəaliyyət göstərən idarə və müəssisə rəhbələrinə ismarıc da göndərib - əgər Çingiz Mehrəliyevin səhvi kimlər tərəfindənsə təkrar edilərsə, o halda yalnız vəzifəsindən atılmayacaq, həm də keçmiş fəaliyyəti təftiş olunacaq.

Redaksiya yazıda adı çəkilən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırdır.
Conflict.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.