Qazax təhsilinin “beli bükülür”, yaxud “alim gördüm alimlərin içində...”

27-03-2016, 21:26           
Qazax təhsilinin “beli bükülür”, yaxud “alim gördüm alimlərin içində...”
teref.az - Bir ilə yaxındır ki, Qazax Rayon Təhsil Şöbəsinə müdir təyin edilən Nizaməddin Babanlı ona etimad göstərib irəli çəkənlərin üzünü ağarda bilmir. Uzun illərdi ki, elmlər namizədliyindən 1 pillə də yuxarı addımalamağı bacarmayan alim “alimliyini” təhsil şöbəsində də edə bilmir. Ona görə ki, ən azından təhsil şöbəsinin müdiri vəzifəsinə təyin oilunan şəxsin orta məktəbdə pedaqoji stajı olmalı, məktəbə direktorluq etməlidi. Belə incəliklər isə Babanlıdan kənar düşüb. Bu adamın işi harada oturmasından asılı olmayaraq pul yığmaq olub. Son illər axırıncı iş yeri sabiq AMİ-nin Qazax Filialında ixtisasdəyişmə üzrə direktor müavini oub. Qazaxlılar demişkən: ”andırına qalmasın onun işlədiyini də. A kişi, bu adam harada rus dilini, ekologiyanı qurtaran var idisə hamısının da ixtisasını dəyişib müxtəlif fənlər üzrə müəllim elədi. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını qurtaran hara, müəllimlik hara? Bir söz: “Gəmi hara, zəmi hara?”
Belə bir insana kim inanar ki, Qazax təhsilini pis günə salmayacaq? Bəli, salır, özü də əməllisindən. Təbii ki, Babanlı əlini “Qurani-Kərimə” də bassa ki, məni bilik və bacarığıma, yaxşı təhsil işçisi olmağıma görə irəli çəkiblər. İnanın ki, “çanağında şeytan da gülər”. Çünki bu şəxsin qabiliyyəti çoxlarına məlumdu. Əlqərəz...
Babanlı təhsilə müdir təyin olunan kimi inventar silgisi və bir sıra nəğdiləşdirilmiş köçürmələrlə məşğul oldu. Deyilənə görə, kimin “bığının” altından keçmişdirsə əməliyyatlarla verdiyini çıxara bildi. Ona yaxın laborant və texniki işçiləri işə götürdü. Ezamiyyələr kağız üzərində çirkli pullara çevrilərək hamısı birbaşa Babanlının cibinə axıdıldı.
Uzun müddət təhsil şöbəsində aparıcı-mütəxəssis vəzifəsində işləyən Əziz Məmmədov Nizaməddin Babanlı üçün başı əzizlənənlərdən oldu. Belə ki, bu günlərdə Babanlı Əziz Məmmədova daha 2 ştat da “hədiyyə etdi”. İndi Əziz Məmmədov aprıcı mütəxəssisdən əlavə, həm kadr üzrə inspektor, həm də baş mühasibdir.
Qazaxda bütün təhsil işçiləri yaxşı bilirlər ki, Babanlı müxbirlərə “sataşmağından” da əl çəkmir. Belə ki, o, hər ay məktəb direktoirlarından müxbir pulu da yığır. Ancaq, 1 stəkan da bir müxbirə çay almır. Bunun nə demək olduğunu Babanlıdan savayı heç kim başa düşmür. O da məlumdur ki, Qazax rayonunda cəmi 47 məktəb var. Onladan 40-ı ümumtəhsil tam orta məktəb, 5-i natamam məktəb, 2-si isə aşağı məktəbdir. Adının çəkilməsini istəməyən bir nəfərin dediyinə görə, Nizaməddin müəllim ümumtəhsil tam orta məktəb direktorlarından ayda 50 manat, ibtidai məktəbin direktorlarından isə 30 manat pul yığır.
Babanlı necə deyərlər, özü kimi də kadrlar toplamaqla məşğuldur. Şöbəyə metodist gətirdiyi Şəfa Yadigarova təhsil işçisi olmasına baxmayaraq, 1 dəfə də olsa sinfə girib dərs aparmayıb. Halbu ki, təlimata görə metodist yazı taxtasının qabağından irəli çəkilməli, yüksək bilik və bacarığı olmalıdır ki, sabah hansısa məktəbə gedəndə kimlərisə təlimatlandıra bilsin.
Qazax Təhsil Şöbəsinin pedaqoji kollektivi, xüsusilə məktəb direktorları onu da etiraf edirlər ki, Nizaməddin Babanlıdan əvvəl şöbəyə rəhbərlik etmiş, Mahir Mahmudov, Nemət Əliyev, Mahir Quliyev və Əhməd Dərgahquliyevin fəaliyyəti çox gözəl olub. Onlar yalnız, necə deyərlər öz ağılı ilə işləyən rəhbər işçilər olublar. Babanlı Nizaməddin isə nəinki bir nəfərin, hətta bir neçə nəfərin göstərişləri ilə işləyir.
Nizaməddin Babanlı haqqında daha bir xoşagəlməz məslə də gündəmə düşüb. Belə ki, Qazaxın Daş Salahlı kənd ümumtəhsil tam orta məktəbində direktor işləyən Kamil Yusibov ( Kolya kimi tanınır) bu günlərdə işindən qanunsuz olaraq çıxarılıb. Həmin şəxs də vaxtı ilə təhsil nazirliyində əvvəllər nazirliyin aparat rəhbəri, sonradan müşavir işləmiş, hazırda da Azərbaycan Dövlət Texniki Universitetndə elmi işlər üzrə prorektor işləyən İlham Pirməmmədovun bacısının yoldaşıdır. Təbii ki, İlham Pirməmmədov yenə təhsil nazirliyində mühüm vəzifə tutsaydı, yəqin ki, Babanlı Nizaməddin qorxusundan bu cür addım ata bilməzdi. Bax budur insanların etibarsızlığı və sədaqətsizliyi! Babanlının belə hərəkəti çoxlarını ayıltmalıdı...
Yəni belə işlər təlim, tərbiyənin ikkişafına mənfi təsir edən başlıca amillərdəndir.

Əlavə materiallar əldə edilən kimi mövzuya qayıdacağıq.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!
Vüqar Dağlı-teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.