Kərəm Həsənovun adamı rüşvət yuvası qurub - Daşınmaz Əmlakın 15 saylı Ərazi idarəsi korrupsiya məkanıdır

27-03-2016, 21:31           
Kərəm Həsənovun adamı rüşvət yuvası qurub - Daşınmaz Əmlakın 15 saylı Ərazi idarəsi korrupsiya məkanıdır
teref.az - Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Ərazi İdarəsində tam özbaşınalıqdır. Rəisliyinin 3-cü ili tamam olacaq Eldəniz Hacıyevin işi vətəndaşlardan yalnız rüşvət yığmaqdır. Burada sənədlərin saxtalaşdırılmasına da geniş yol verilir. Tovuz, Qazax və Ağstafanı əhatə edən 15 saylı ərazi idarəsinin yerli şöbələrində, o cümlədən Qazax şöbəsində isə texniki inventarlaşdırıcı Şabəddin Şura oğlu İsmayılovun sənəd saxtalaşdırılmasında gördüyü işlər deylənləri təsdiq edir. Onun Qazax rayonunun Çaylı kənd sakini Lahıcov Hüseyn Alı oğluna məxsus saxtalaşdırdığı sənədin nömrəsi belədir: tərtib edilmə tarixi 04.12.2015-cil. İnventar nömrəsi 501-12/506
Əlaqədar adamların səyi nəticəsində sənədin saxtalaşdırılması üzə çıxmasına baxmayaraq, hələ də Şabəddin İsmayılov məsuliyyətə cəlb olunmayıb. Onu da bildiririk ki, həmin məsələyə hüquqi qiymət verilməsi üçün Qazax rayon Prokurorluğuna rəsmi müraciət edilib.
İdarə rəisi Eldəniz Hacıyev son illər o qədər rüşvətə meyli artıb ki, hətta dövlət fond torpaqlarının da satılmasına şərait yaradır. Məsələn, Qazax şəhərində doğum evinin qarşısında ucaldılan obyektin demək olar ki, mərkəızi yola çıxması bir baş rəisin məsuliyyətsizliyini ifadə edir.
Çox vaxt ölkədə vəzifədə olanlar haqqında belə fikirlər söylnilir: “o tərəfdəndi”. Yəni, “Qərbi Azərbaycan” deyilən söz millətin ağızına düşüb. Bəlkə də bu ifadədə həqiqət var. Belə çıxır ki, ölkədə yüksək vəzifədə olanların 70 faizi “Qərbi Azərbaycan”dandır. Məhz elə millətin dili ilə desək, 15 saylı ərazi idarəsinin rəisi, “qaz vurub qazan dolduran” Eldəniz Hacıyev də Bərdədə yaşasa da, 1948-ci ildə o tərəfdən gələnlərdəndir. Demək, belə çıxır ki, Hacıyev şəxsi məqsəıdləri naminə nə istəsə edə bilər. Elə edir də. Şabəddin İsmayılovun gördüyü saxta işlər onu göstərir ki, Eldəniz Hacıyev həm də işinə səhlənkar yanaşır. Bəs onda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Eldəniz Hacıyevə nə üçün bu qədər etimad gstərib? Elə isə Prezident İlham Əliyevin məmurlara sərt təpgisi, məmurların milləti incitməməyə çağırışları harada qaldı? Nə vaxta kimi Eldəniz Hacıyev kimiləri millətə zülm edəcəklər?
Bu cür neqativ hallar istər-istəməz milləti dövlətdən narazı salır. Eldəniz Hacıyev isə yalnız özünü düşünür. Yəqin ki, 15 saylı ərazi idarəsində yaranmış Eldəniz Hacıyev problemi də aidiyyəti orqanlar tərəfindən tezliklə öz həllini tapacaq.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!
İlham Hacalı - teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.