Aztelekom-un təzə rəhbərinin unikal "yeniliyi" - Abşeronda narazılıq

28-03-2016, 17:33           
Aztelekom-un təzə rəhbərinin unikal "yeniliyi" - Abşeronda narazılıq
Abşeron rayonundan GUNDEMİNFO.AZ-a şikayət edən Aztelekom abunəçiləri internetə görə öncədən 2 aylıq abuna haqqının tələb edilməsi yenilyi ilə bağlı kütləvi şəkildə narazı olduqlarını bəyan ediblər.

Aztelekoma yeni rəis təyin olunandan sonra aparılan bu islahatın məğzi-məqsədi nədir?

Niyə insanlar 1 ay öncədən istifadə etmədikləri internetə görə depozit qoymaq məcburiyyətindədirlər?

Dövlətin rəsmi provayderi insanlardan niyə depozit tələb edir?

GUNDEMİNFO.AZ-a müraciət edən Abşeron sakniləri bildirir ki, yeni rəis təyinatından sonra rayon ərazisində Aztelekomun abunəçisi olan internet istifadəçilərindən növbəti ayın nternet pulu tələb edilir. Abunəçilər deyir ki, mart ayında aylıq abunə haqqı ilə bağlı ödəniş etmələrinə baxmayaraq onlardan pul istənilir. Məsələ burasındadır ki, aylıq abunə haqları ilə bağlı olaraq ödənişlərini həyata keçirilən sakinlərin interneti kəsilir və bu xəbərdarlıq mesajı onlara çatdırılır: «Növbəti ay üzrə ödənişlər üçün ödəniş üzrə depozitiniz olmasa, internetiniz kəsiləcəkcdir». Bu isə «İstehlakçılar haqqında» Azərbaycan Respublikasının qüvvədə olan qanunlarının tələblərinə ziddir. Hansı ki, islehakçı olan abunəçilərdən pul tələb olunması yolverilməzdir. Daha dəqiq ifadə etsək vətəndaş istifadə etmədiyi internetə görə, pul ödəməli deyil. Yəni əldə etmədiyi, edə biləcəyi belə şübhə altında olan internet paketlərinə görə, vətəndaşdan öncədən pul istənilməsi yolverilməzdir.

GUNDEMİNFO.AZ-a daxil olan məlumatda bildirilir ki, Aztelekomun -un Abşeron rayonu üzrə şöbəsində bu hal kütləvi xarakter alıb. Müraciət edən vətəndaşlara isə bildirilib ki, yeni qaydanı yeni rəis qoyub.

Yeni rəis Abşeron sakinlərindən bu tələbi niyə icra etmələrini istəyir. Araşdırma ən yaxın saatlarda təqdim ediləcək. Bu kütləvi narazılıqla bağlı rəsmi qurumun da mövqeyini öyrənməyə şalışırıq.


Qeyd edək ki, mart ayının 14-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” MMC-yə yeni rəhbər təyin olunub. Suat Paşayev MMC-nin baş direktoru vəzifəsinə gətirilib. S. Paşayev buna qədər “Rcom” şirkətinin baş direktoru vəzifəsini tutub. Xatırladaq ki, bu təyinata qədər “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov olub. M. Məmmədov barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Baş direktorla birlikdə daha bir neçə vəzifəli şəxs, o cümlədən “Aztelekom”un baş mühasibi Oqtay Rüstəmov də saxlanılıb.
Adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq!!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.