Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində hökm sürən xaos, anarxiya və əxlaqsızlığın son həddi- ŞOK FAKTLAR

29-03-2016, 20:48           
Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində hökm sürən xaos, anarxiya və əxlaqsızlığın son həddi- ŞOK FAKTLAR
teref.aznun poçtuna Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində hökm sürən xaos, anarxiya və əxlaqsızlıqla bağlı şikayət məktubu daxiul olub. teref.az olaraq bu məktubu sizə təqdim edirik:
Cənab nazir, biz Kürdəmir sakinləri adından bu müraciəti sizə ünvanlayırıq. Bizim şikayətimiz Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş verənlərlə bağlıdı. Bu idarədə direktor başda olmaqla idarərinin sürücüsü İmaməddin İbrahimov (bu şəxsin nazirin xidməti avtomobilinin sürücüsünün yaxın qohumu olduğu bildirilir və ünvanlı yardımın düzəlməsində dəllal (makler) kimi fəaliyyət göstərir) və digər məsul şəxslərdən olan Nemət İsmayılovla Ramin Mürsəlov maxinasiya ilə məşğuldurlar. Xüsusən bu idarədə öz vəzifə səlahiyyətlərini tamamən aşmış, qulluq funksiyalarından sui-istifadə edən Nemət İsmayılovdur. Yeni qaydaların tətbiqinə baxmayaraq Nemət İsmayılov vətəndaşlardan açıqdan-açığa rüşvət (800-1000 manat) tələb etməkdə davam edir. Bir neçə dəfə bu şəxs barədə cənab nazirə məlumat verilsə də nədənsə Nemət İsmayılovun özbaşınalıqlarına göz yumulmuşdur. Və ən dəhşətli faktı diqqətinizə çatdırmaq istəyirik. Kürdəmirdə ünvanlı sosial yardıma müraciət edən xanımlar yardım ala bilmək üçün Nemət İsmayılova müraciət etdiklərindən utanc duyduqlarını bildirirlər. Nemət İsmayılov yanına gələn qadınlara intim münasibət müqabilində sosial yardım alacağını bildirir. Əks təqdirdə sosial yardım sizlik deyil deyə bildirir. Bu barədə dəfələrlə direktor Asif Abdullyev və keçmiş direktor İlyas Mahmudov məlumatlandırılsalar da nədənsə Nemətin iyrənc hərəkətlərinə göz yummuşdur. Rayonda bütün qadınlar həmin idarəyə o cür hərəkətlərə görə getməyi özlərinə ar bilirlər.
Daha sonra həmin mərkəzdə sürücü kimi işləyən İmaməddin İbrahimov dəllalıq fəaliyyeti ilə məşğul olur. Mənim arxam var deyib idarə daxilində öz əxlaqsızlığını və özbaşınalığını davam etdirir. Həmçinin eyni sözləri Ramin Mürsəlov, Hamil Hidayətov və Arzum Həmidov barəsində də söyləmək olar. Sosial yardımın avtomatlaşdırılmasına baxmayaraq Mərkəzdə yenə də sosial yardım pulla satılmaqda davam eliyir. Və təbii ki, səriştəsiz direktor Asif Abdullayevin bilavasitə diktəsi ilə. Bu şəxslər yenə də dəllarla iş başındadı. (Bir daha həmin dəllallarin adin xatirladiriq Mirtalıb, Abdurrazax, Şahbaz və digərləri) Yeni sistemin tətbiqinə baxmayaraq yenə də vətəndaşlardan pul tələb olunur. Bəyəm siz bunları görmürsünüz? Bütün bu işləri sizin inanib təyin etdiyiniz kadrlariniz görür çox təəsüf...
Yuxarıda adları çəkilən həmin şəxslər barəsində təcili tədbir görülməsini sizdən tələb edirik.
Biz bu müraciəti media ilə də paylaşacağıq.
Müraciətimizi nəzərə almağınızı xahiş edirik. Əks təqdirdə daha yuxarı instansiyalara müraciət edəcəyik.

Kürdəmir rayon sakinləri adından Eldar Şirvanlı
teref.az olaraq adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.