HƏSƏNOVDAN 180 DƏRƏCƏ DÖNÜŞ: MƏĞLUBİYYƏTİYLƏ BARIŞIB

30-03-2016, 00:03           
HƏSƏNOVDAN 180 DƏRƏCƏ DÖNÜŞ: MƏĞLUBİYYƏTİYLƏ BARIŞIB
Komitə sədri kurasiyasında olan rayonların başçılarına xəbərdarlıq edib ki, özlərinə yeni himayəçi axtarsınlar
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov uğurlu karyera dövrünü yaşadığı bir vaxtda, ötən ilin sonlarından etibarən qürub dövrünü yaşamağa başlayıb.Mətbuat xəbər verir ki, sabiq MTN şefi Eldar Mahmudovla şərik olan komitə sədrinin qara günləri elə oktyabrın 17-dən start götürüb.

Məlumatlarda qeyd edilir ki, bütün dövlət qurumlarından rüşvət qismən yığışdırılsa da, bunun sözügedən komitəyə heç bir aidiyyatı yoxdur. Ona görə ki, ƏMDK-in sədri Kərəm Həsənovun qoyduğu qaydalar qətiyyən dəyişmir. Prosesə devalivasiyanın təsiri də yoxdur və əvvəlki qaydada yığım davam edir.
Mətbuat xəbər verir ki, hazırda əmlakın özəlləşdirilməsi üçün tələb olunan pul dövlət rüsümundan ən azı 100 dəfə bahadır. Lakin işlərin qanun çərçivəsində görülməsinə imkan verilmir. Yəni, obyekti və ya torpaq sahəsini özəlləşdirən zaman tələb olunan dövlət rüsumundan qat-qat artıq pul tələb olunur.
Amma son günlər Kərəm Həsənovun üzünü görmək də kimsəyə müəyyəsər olmur. Ona görə ki, işləri başından aşır. Bir yandan komitənin ləğv olunma məsələsi, digər tərəfdən üzləşdiyi problemləri aradan qaldırmaq, kənar işlər və sair ona başını qaşımağa imkan vermir. Amma bunların arasında eləsi də var ki, onun gündəmə gəlməsi dəfələrlə qeydə alınsa da, bu dəfəki qədər əminliklə dilə gətirilmirdi.
Mətbuat xəbər verir ki, ƏMDK-in sədri Kərəm Həsənov yaxın vaxtlarda vəzifəsiz qalacaq. Bu, komitə ləğv olunandan sonra baş verəcək. Amma onu işsiz də qoymayacaqlar. Güman edilir ki, komitə sədri nazirliklərdən birində departament rəisi olacaq.

Vəziyyət o qədər ağırdır ki, Kərəm Həsənov hətta kurasiyasında olan rayonların icra başçılarına deyib ki, özlərini qorusunlar. Mənbələrin dediyinə görə, komitə sədri Cəlilabadın icra başçısı Əziz Əzizova bildirib ki, maksimum dərəcədə çalışıb, problem yaratmasın. Əks təqdirdə, onu xilas edə bilməyəcək.
Gələn xəbərlər içində belə bir məlumat da var ki, Kərəm Həsənov nəzarətindəki icra başçılarına özlərinə yeni himayədar axtarıb, tapmağı da tövsiyyə edib.
Qarşı tərəfi də dinləməyə hazırıq
conflict.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.