"Pfizer/BioNTech" "omikron" ştammına qarşı vaksinin kliniki sınaqlarına başlayıb

25-01-2022, 17:08           
"Pfizer/BioNTech" "omikron" ştammına qarşı vaksinin kliniki sınaqlarına başlayıb
ABŞ və Almaniyanın "Pfizer/BioNTech" şirkəti koronavirusun "omikron" ştammına qarşı vaksinin kliniki sınaqlarına başlayıb.

Trend-in məlumatına görə, sınaqlarda 1 400-dən çox könüllü iştirak edir.

Qeyd olunur ki, könüllülər üç qrupa bölünüb. Birinci qrupda sınaqlaradək vaksinin hər iki dozası peyvəndlənmiş şəxslər, ikinci qrupda "buster" dozanı qəbul etmiş şəxslər yer alır. Üçüncü qrupa isə indiyədək xəstələnməmiş və peyvənd olunmamış şəxslər daxil edilib. Onlar yeni vaksinlə üç dəfə peyvənd olunacaq.

"Pfizer/BioNTech" yeni vaksinin mart ayında bazarlara çıxa biləcəyini deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.