"Azərcell" abonentlərini soymaqla məşğuldur- 4 günə 71 man 60 qəpik...

4-04-2016, 22:25           

ABŞ-dan vətənə döndükdən sonra ilk "cərimə"ni "Azərcell"ə ödəməli oldum.

TEREF.İNFO afn.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. Adıçəkilən mobil operatorun soyğunçuluğundan danışan ekspert daha sonra qeyd edib: "Dövlət tənzimlənməsinin düzgün həyata keçirilməməsinə görə, mobil operator şirkətləri özlərinin bazardakı hökmran mövqelərindən sui-istifadə edərək, mobil internet xidməti adı altında yüksək tariflər tətbiq edərək abonentlərini soymaqla məşğuldurlar. Mənim də 15 ildən artıq istifadəçisi olduğum "Azərcell"də fakturalı xidməti bərpa etdiyim son 4 gün ərzində istifadə olunmuş 179 megabayt görə 71 manat 60 qəpik borc yaranıb. Bu o deməkdir ki, 1 meqabayt internet xidmətinin tarifi 40 qəpikdən hesablanıb. Dünyanın əksər ölkələrində internet xidmətlərinin tarifləri sürətlə ucuzlaşdığı halda, Azərbaycanda mobil operatorlar bazardakı oliqopol mövqelərindən yararlanaraq mobil internet tariflərini yüksək saxlayaraq abonentlərinə artıq xərc yazmaqla məşğuldurlar.
Müqayisə üçün qeyd edim ki, son 1 ildə yaşadığım ABŞ-da "T-Mobilie" xidmətlərindən istifadə edən zaman limitsiz internet, ölkə daxili SMS və danışıq tarifləri də daxil olmaqla bütün paketə görə ayda 30 dollar ödəniş edirdim. Bununla yanaşı, həmin ölkədə istehlakçı rəyinə biznes və sosial şirkətlərin diqqəti yüksəkdir. Azərbaycanda isə yalnız 4 günlük mobil internetə 71,6 manat və ya 48 dollar ödəniş etməyi heç bir xərc kalkuliyası ilə əsaslandırmaq mümkün deyil. Bu problemin yalnız mənə deyil, bütün mobil telefon operatorlarının çoxsaylı abunəçilərinə aidiyyatı olduğunu nəzərə alaraq onu ictimailəşdirməyi məqsədəmüvafiq hesab etdim. Sizlərin rəylərinizə rəğmən növbəti addım bununla bağlı geniş müzakirənin təşkili olacaq".
TEREF.İNFO












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.