Müslümov qardaşlarının adı siqaret biznesində hallanır

5-04-2016, 22:36           
Müslümov qardaşlarının adı siqaret biznesində hallanır
“Sobranie”, “Marlboro”, “LM slims”, “Camel” və s. bu kimi bahalı siqaretlər qardaşların kurasiyasındadır

Bu günə qədər ölkədə siqaret biznesinə nəzarətlə bağlı müxtəlif yüksək çinli məmurların adı hallanıb. Bu sıraya daha bir ad əlavə olunur: Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov.
teref.az yazır ki, nazirə yaxınlığı ilə tanınan şəxs bu istiqamətdə xeberinfo.com-a maraq doğuracaq məlumatlar verib. Məlumata görə siqaret biznesində cənab Müslümovun şəriki də var-qardaşı İsmayıllı rayon maliyyə idarəsinin rəisi Radim Müslümov. Elə qardaşların biznesinə birbaşa Radim Müslümovun sorumlu olduğu da deyilir.
Müslümov qardaşlarının bu biznesində “Sobranie”, “Marlboro”, “LM slims”, “Camel” və s. bu kimi bahalı siqaretlərin yer aldığı bildirilir. Sadalanan siqaretlərin biznesinə məhz Müslümov kimi iri ranqlı birisinin nəzarət etməsi inandırıcı görünür. Və ümumiyyətlə yüksək qiyməti ilə diqqət çəkən bu siqaret bazarında qardaşların rəqibi yoxdur. Məlum səbəblərdən sıradan iş adamlarının isə bunca gəlirli biznesə girişi mümkünsüzdür.
Bütün ölkəni bahalı siqaretlərlə təmin edən Müslümovların regionlarda da ambarları var. Doğma Ağsuda isə ambar kimi “Gözəl Ağsu” restoranının zirzəmisi seçilib. Əsas ambarın isə paytaxtın Biləcəri qəsəbəsində yerləşdiyi deyilir.
Məlumatla bağlı hörmətli Radim Müslümovla telefon əlaqəsi saxladıq. Cavabı qısa oldu: “Nə istəyirsiniz yazın, qoy gəlib yoxlasınlar”
Mövzu diqqətimizdədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.