ŞAMAXIDA PADARİZM HÖKM SÜRÜR
6-04-2016, 18:47
teref.aznun poçtuna Şamaxı İcra hakimiyyətinin başçısı ilə bağlı növbəti şikayət məktubu daxil olub. teref.azya yazan şikayətçi yazır:
Hörmətli Redaksiya.
Şamaxı dağlıq rayon olduğundan burada payız və qış ayları intensiv yağmurlu və soyuq keçir. “Asif Ağayev isə isti otağından bayıra çıxmadan bu soyuğu təsəvvur edə bilməz. Rayonumuzun bir çox massivində hələdə təbii qazın verilişinə nail olunmamışdır. Bunlarla yanaşı su-kanalizasiya problemi, yollarımızın bərbad vəziyyətdə olması, ümumiyyətlə rayonda xaos və anarxiyanın hökm sürməsi biz sakinləri olduqca narahat edir”. Şamaxı RİHB-sı Asif Ağayev sanki bu rayonda heç başçı deyil. “Bu insan hətta idarə müdirlərini belə tanımır. Onun ən yaxşı xobbisi isə rayonun səfalı yerlərində öz yaxınlarının adına köhnə tarixlərə torpaq sahələri almaqdır (dəqiq Nağaraxana kəndi ərazisi). Asif Ağayevin və onun birinci müavini Qasım Qasımovun rayonda özbaşınalıqları və sui istifadə hallarının qarşısının alınması üçün aşağıda qeyd etdiyimiz məlimatları nəzərinizə çatdırırıq.
Q.Qasımov ADSP-də olduğu vaxt (1995-ci il) parlament seçkilərində ADSP-nin sədri Mahmud Məmmədovu Şamaxıdan deputat seçdirmək üçün dəridən-qabıqdan çıxdı, bütün əyri yollara əl atdı. Hətta, prezidentin səlahiyyətli nümayəndəsi, İcra Hakimiyyəti başçısı İkram Məmmədovu seçki saxtakarlığında ittiham edərək “Bala Stalin” adlandırmışdı. Rayonda vəziyyət həddindən artıq acınacıqlıdır. Rayonun abadlaşdırılmasına ayrılan vəsaitin böyük hissəsi mənimsənilir. Küçələr bərbad vəziyyətdədir. Yağışda, küçələrdə hərəkət etmək mümkünsüzdür. Son bir neçə ildə bəzi şəxlərin rayonda məsul vəzifələrə yerləşdirilməsində Qasım Qasımovun əməyi az deyil. Bu fakt öz-özlüyündə icra başçısını siyasi-idarəçi fiqur olaraq yalnız ikinci plana atmırmı? Müavininin bütün imkanlarından hali olan Asif Ağayevin özünü təmkinli aparmasına sövq edən də elə bu amillərdir. Bu gün Qasım Qasımovun Şamaxıdakı təyinatlara, yığımlara rəhbərlik etməsinin özündə müəyyən mətləblər nəzərə çarpır.Rayonda “Padarizm” hökm sürür.Vəzifəyə yalnız Padar tayfasından olan şəxslər qəbul edilir. Başçının birinci müavini kimi Qasım Qasımov həm də rayon fövqəladə hallar komissiyasına rəhbərlik edir. Lakin rayonda son illərdə baş vermiş təbii fəlakətlər zamanı onun yuxarı instansiyalar qarşısında sərgilədiyi kommunistsayağı raportların fəlakət zonasında əhali tərəfindən narazılıqla qarşılanması da onun rayon hüdudlarında nüfuzuna xeyli zərər vurub. Bu mənada görünür Şamaxı rayonunda əhali arasında birmənalı əminliklə Qasım Qasımovun vəzifəsindən kənarlaşdırılacağını gözləyənlər az deyil. Bu şəxs keçmişindəki parametrlərinə görə artıq Şamaxıda uzun illərdən bəri formalaşmış tayfa maraqlarına da cavab verir.03 aprel 2016-cı il tarixdə rayon İcra Hakimiyyəti başçısının müavini Qasım Qasımovun xüsusi əmrinə əsasən bütün idarə rəhbərlərinin Qarabağda şəhid olmuş əsgərimizin dəfni ilə əlaqədar əklil hazırlamaları barədə tapşırıq verib.Əklilin hazırlanmasının əlehinə deyilik. Biz onun əlehinəyik ki, idarə rəhbərlərinə verilən tapşırığa əsasən bu əklillər Bakı şəhərində Qasımov tərəfindən müəyyən olunmuş gül mağazasında hazırlanacaq və birinin qiymətinin isə ən minimum 450 manat olacağıdır. Bunu bizə idarə müdirlərimiz özü deyib. Şübhəsizki əklilin hazırlanması üçün vəsaitin toplanması bizim əmək haqlarımız əsasında reallaşacaq. Hətta rayonda fəaliyyət göstərən dükan və mağazalardanda hər birində 10 manat yığılmasını Qasım Qasımov əmr edib. Görünür Asif Ağayev və Qasım Qasımov hüzn günlərindən pul çıxarmaqdan da çəkinməyiblər.Bu bir biyabırçılıqdır.
Fürsət düşdükcə, Qasım Qasımov Şamaxı şəhərində aparılan tikinti-abadlıq işlərindən yetərli gəlir götürülməsi üçün səylərini də əsirgəməyib. Son bir -iki ildə şəhərin mərkəzi küçələrinin abadlaşdırılması və işıqlandırılması işləri əsasən fiziki şəxslərə həvalə edilib ki, bu yolla yüz minlərlə vəsait öz "sahibini" tapıb. Kağız üzərində gecələri par-par parıldayan gündüzə "döndərilmiş" Şamaxının elə küçələri var ki, gecələr vahiməli və keçilməz olur. Bu məqsədlərə ayrılmış büdcə vəsaitinin isə pay-püş edilməsinə nəzarət yoxdur. Bu məsələni şəxsi nəzarətində saxlayan icra başçısının müavini 2013-2015-ci illərdə rayonda gerçəkləşən digər tender layihələrinin də "münasib" adamlara həvalə edilməsini "nizamlayıb". Təkcə "Eloğlu-M" şirkətinin vasitəsilə Şamaxı rayon təhsil şöbəsinin 800 min manatlıq vəsaitləri mənimsənilib. Daha doğrusu, rayonun təhsil müəssisələri üçün bu şirkətin vasitəsilə guya bərk inventar, maşın və avadanlıqlar alınıb. Ümumilikdə bu şirkət vasitəsilə həyata keçirilmiş "nağdlaşmalarda" 1.500.000 bir milyon beş yüz min manatadək vəsaitin "izi" itirilib. Rayonda təhsil, səhiyyə, mədəniyyət sahələrini əhatə edən satınalmalar da Qasım Qasımovun "kurasiyasındadır". Bu yerdə kiçik bir detalı nəzərinizə çatdırmaq zorundayıq. Şamaxı rayon təhsil şöbəsi sən demə, son 3 ildə rəsmxətt ləvazimatlarının satın alınmasına nə az-nə çox, düz 144150manat xərcləyib. Hanı bu ləvazimatlar? Rayonunbir sıra məktəblərində rəsmxət fənninin qeyri-ixtisas müəllimləri tərəfindən tədris edilməsi fonunda bu qədər israfçılığın sirlərini təsəvvürə gətirmək çətin deyil. Şamaxıda təhsilin inkişafına ayrılan büdcə vəsaitlərinin dağıdılmasına rayon təhsil şöbəsinin müdiri Qasım Qasımovun 1 nömrəli kadrı əslən Padar tayfasından olan Eyvaz Eminalıyevin susqun münasibətində də bir mətləb yatır. Belə ki, Eyvaz Eminalıyev mühasibat sənədlərini Qasım Qasımovun ixtiyarına verib.
Şamaxıda hər an narazı əhalinin güclü etirazı gözlənilir. Biz həyəcan təbili çalaraq bunu aidiyyatı orqanlara çatdırmağı özümüzə borc bilirik.
Hörmətli redaksiya: Xahişimiz ondan ibarətdirki,səlahiyyətiniz çərçivəsində Şamaxılıları bu bəlalardan qurtarılması üçün əlinizdən gələn köməyi əsirgəməyəsiniz.Sizə Şamaxılılar inanaraq güvənir.Qabaqcadan Sizə Şamaxılılar adından təşəkkür edirəm.
Şamaxı rayon ziyalıları
teref.az olaraq Şamaxı icra hakimiyyəti ilə əlaqə saxlamaq istəsəkdə telefonlarımıza cavab verən olmadı. Yenədə Teref. info olaraq qarşı tərəfin bütün fikirlərinə yer verməyə hazırıq!
teref.az