Vahid Nuriyevin qurduğu qazanc sistemi işləyir və ya bir daha MMX cərimələri haqda
7-04-2016, 12:42
teref.az olaraq yenidən DYP-ndə baş verən qanunsuzluqlardan bəhs etmək istəyirik. Təbii olaraq hamımızın yaralı yeri olan MMX protokolları və sürücülərin onu ödəmələri ilə bağlıdır. teref.azya yazan sürücülərdən biri deyir ki, artıq 2 aydır ki, MMX protokolu almışam.
Lakin dəfələrlə poçta getsəmdə yoxalyıb deyirlər heç bir cərimən yoxdur. \
Başqa bir maraqlı hadisə . Yol polisi sürücüyə telefonla danışdığına görə 50 manat cərimə yazıb. Sürücü 1 ay ərzində dəfələrlə onu bankdan ödəməyə cəhdlər etsə də deyiblər ki, cərimə sistemdə yoxdur. Ancaq sürücü bir ay sonra yol polisinin sisteminə baxanda cərimənin üzərinə faiz gəldiyini görüb. Nəticədə sürücü cəriməni ödəyə bilmir, bir tərəfdən isə cərimənin üzərinə faiz gəlməyə davam edir.
Əslində belə hadisələri çox saymaq olar.
Sürücülərin dediyinə görə hər bir rayonun öz MMX protokoluna baxanı var. Və siz protokolu alandan sonra mütləq DYP-nə müraciət etməlisiniz. O zaman sizin banka getməyinizə ehtiyac qalmayacaq. Siz elə yerindəcə cəriməni ödəyirsiniz. Lakin qəribəsi odur ki, ödədiyiniz cərimə haqqında sizə heç bir qəbz vermirlər.
Və bunu yoxlamaq üçün bəndəniz ona gələn və aylarla sistemə vurulmayan MMX protokolunu götürərək DYP rayon şöbəsinə yollandı. Rayonun adını özümüz yazmırıq. Çünki bütün rayonlarda eynidir. Mətbuatda məlumat getmişdi ki, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Vahid Nuriyevdir və onunda cərimələrə baxan adamı Bəhruz adlı polis zabitidir ki, həmdə ahid Nuriyevin “qara kassaı” kimi tanınır.(jam.az) Lakin hər bir rayonunda öz Bəhruzları var və bu rayonlara görə Həsən, Hüseyn və ya digərləri ola bilər. Getdiyim rayon şöbəsində də məni eyni ilə\ beləsi qarşıladı. Kompyuterdə oturan polis serjantı 3 aydır 50 manat cəriməm olduğunu dedi. Yerindəcə verib işi həll edə biləcəyimi bildirdi. Və bveləliklə mən 50 manatımı verib bu cərimədən azad oldum. lakin bnun müqabilində heç bir qəbz almadım. Yəni vermədilər. Deməli gündə yüzlərlə adamlar DYP polis bölmnəsində belə cərimə ödəyərək DYP oliqarxlarının sərvətini artırmaqla məşğuldurlar. Dövlətin büdcəsinin isə bu pullardan heç xəbəri olmur. Məlumatlı mənbənin dediyinə görə Vahid Nuriyevin qurduğu bu sistem saat dəqiqliyi ilə işləyir və yaradıcılarına milyonlarla gəlir gətirir.
teref.az