Rusiyadan xaricə ayda 5 min dollardan artıq pul köçürmək mümkün olmayacaq

6-03-2022, 13:23           
Rusiyadan xaricə ayda 5 min dollardan artıq pul köçürmək mümkün olmayacaq
Rusiya Mərkəzi Bankı rezident fiziki şəxslərin Rusiya Federasiyasının digər rezidentlərinə, habelə qeyri-rezident fiziki şəxslərə, o cümlədən qohumlarına xaricə vəsait köçürməsinə ayda 5 000 ABŞ dolları məbləğində limit tətbiq edib.

“Report” xəbər verir ki, Mərkəzi Bank valyuta bazarında volatilliyin artması ilə əlaqədar müvəkkil banklara müvafiq göstəriş verib.

Məbləğ köçürmə tapşırığının verildiyi tarixə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş xarici valyutaların rubla qarşı rəsmi məzənnələrindən və ya təqvim ayı ərzində başqa xarici valyutada ekvivalentindən istifadə edilməklə müəyyən edilir.

Qeyd olunur ki, məhdudiyyətlərə bank hesabı açmadan köçürmələr və ya rezident fiziki şəxslərin hesablarından köçürmələr daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru