Rusiya ikinci ağır zərbəyə hazırlaşır – Danilov

6-03-2022, 17:10           
Rusiya ikinci ağır zərbəyə hazırlaşır – Danilov
Rusiya Ukraynaya genişmiqyaslı hücumun ikinci dalğasına hazırlaşır.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.

O bildirib ki, düşmən Kiyevi tutmaq istəyindən əl çəkməyib:

“Ukrayna ordusu layiqli cavab verir və bizim rus işğalçıları üzərində qələbəmiz günbəgün yaxınlaşır. Amma düşmən hələ də təhlükəlidir və ikinci genişmiqyaslı hücuma hazırlaşır. Biz maksimum müdafiə olunmalıyıq”.

Onun sözlərinə görə, Kiyev, Xarkov, Mariupol, Nikolayev, Çerniqov və Odessa strateji şəhərlər olaraq qalır:

“Rusiya ordusunun əsas planı vacib şəhərləri ələ keçirmək, həmçinin Ukraynanı Qara və Azov dənizlərə çıxışını bağlamaqdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru