Ekstrasens Zirəddin Rzayevdən Ukrayna ilə bağlı proqnoz

7-03-2022, 12:43           
Ekstrasens Zirəddin Rzayevdən Ukrayna ilə bağlı proqnoz
Rusiyada yaşayan həmyerlimiz, məşhur ekstrasens Zirəddin Rzayev astroloq Səbuhi Rəhimlinin youtube kanalına müsahibəsində dünyada dərin narahatlıq yaradan Rusiya-Ukrayna savaşı ilə bağlı maraqlı açıqlama verib.

Z.Rzayev bildirib ki, müharibənin bitməsinə az qalıb: “Bu müharibə uzun çəkməyəcək. Amma bu konflikt uzun müddət davam edəcək. Gərginlik az müddətdə aradan qalxmalıdır. Müharibənin bitməsinə az qalıb”.

Ekstrasens qarşıdurmanın 24-cü gününün mühüm olması barədə mesaj verib: “Bu müharibə 1 aydan çox çəkməməlidir. Az vaxt ərzində aradan qalxmalıdır. Müharibənin 24-cü günü mənim üçün çox maraqlıdır. Bunun səbəbi var. İnşallah biləcəksiniz”.

Z.Rzayevin sözlərinə görə, qanlı münaqişədən insanlar əzab çəkir:”Təbii ki, iki dalaşandan biri haqlı, o biri haqsız olur. Amma savaşın bitməsinə az qalıb”. /Azpost.info/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru