Ukrayna ələ keçirilən Rusiya təyyarələri üçün bir milyon dollar mükafat verəcək - FOTO

9-03-2022, 11:35           
Ukrayna ələ keçirilən Rusiya təyyarələri üçün bir milyon dollar mükafat verəcək - FOTO
“Ukroboronprom” dövlət konserni Rusiya təyyarələri və helikopterlərinin qaçırılması üçün mükafatlar təklif edib.

Aksiyada Rusiya pilotları özləri də iştirak edə bilərlər.

Bu barədə “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri Devid Araxamiya “Facebook”da məlumat verib.

Onun sözlərinə görə, “Ukroboronprom” qaçırılan və ya ələ keçirilən təyyarəyə görə 1 000 000 dollar mükafat ödəməyə hazırdır.

İşlək vəziyyətdə olan helikopter üçün 500 min dollarlıq mükafat var.

“Proqramda iştirak etməyə hazır olan Rusiya Federasiyasının pilotları üçün biz azad ölkənin vətəndaşlığının verilməsinə zəmanət veririk”, - Araxamiya əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru