Putinə ölüm arzulamağa icazə verildi - Sosial şəbəkə idarəçilərindən qeyri-adi addım

11-03-2022, 16:03           
Putinə ölüm arzulamağa icazə verildi -
Facebook və Instagram sosial şəbəkələri Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı qeyri-adi addım atıb. Pressklub.az Reuters-ə istinadən xəbər verir ki, şəbəkə istifadəçiləri müharibə ilə bağlı mesajlarında Rusiya hərbçilərinə (hərbi əsirlər istisna olmaqla) qarşı zorakılığa, habelə Rusiya prezidenti Putini və Belarus prezidenti Lukaşenkonu öldürməyə çağırış edə bilərlər.

Meta-nın daxili elektron məktubunda bildirilir ki, platformanın siyasətindəki bu müvəqqəti dəyişiklik Azərbaycan, Ermənistan, Estoniya, Gürcüstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Ukrayna seqmentinə aiddir. Məktubda qeyd olunur ki, liderlərin ölümünə çağırışa o hallarda icazə veriləcək ki, bu, müharibədən kənar məqsəd daşımasın, həmçinin bu çağırışda onların ölümünün məkan və metodları barədə məlumatlar yer almasın: “Biz, əvvəl olduğu kimi, Rusiyanın etimada layiq vətəndaşlarına qarşı zorakılıq çağırışlarına yol verməyəcəyik”.

Qeyd edək ki, bu qərar Rusiyada ciddi narazılıq doğurub. Rusiyanın Vaşinqtondakı səfirliyindən bildirilib ki, Meta-nin qərarı aqressiv və cinayətkar xarakter daşıyır, rusiyalılara qarşı düşmənçilik və nifrəti təbliğ edir. Rusiya səfirliyi Meta-nın “ekstremist fəaliyyətinin” dayandırılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru