ABŞ Rusiyadan araq, brilyant və dəniz məhsullarının idxalına qadağa qoyub.
Demokrat.az xəbər verir ki, bu barədə prezident Co Bayden bildirib. Ağ Evin bəyanatında deyilir ki, bu idxalın qadağan edilməsi Rusiyanı 1 milyard dollardan çox gəlirdən məhrum edəcək.
Vaşinqton Rusiyadan tədarüklərə digər məhdudiyyətlərin tətbiqini də istisna etmir. Bayden yaxın vaxtlarda Rusiyaya geyim, avtomobil və zərgərlik əşyalarının ixracını qadağan edən fərman da imzalayacaq. Bundan başqa, Vaşinqton Rusiyanın Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan kredit almasına mane olacaq.