Ukraynada girov götürüldüyü iddia olunan azərbaycanlı gənc valideynləri ilə danışıb - YENİLƏNİB

20-03-2022, 08:03           
Ukraynada girov götürüldüyü iddia olunan azərbaycanlı gənc valideynləri ilə danışıb - YENİLƏNİB
Ukraynada rus əsgərlərinin girovluğunda olduğu iddia edilən 20 yaşlı neftçalalı tələbə Hüseyn Abdullayevi anası ilə danışdırıblar.

Teref.az-ın “Report”a istinadla məlumatına görə, tələbəni girov götürənlər bu səhər danışıqlarında onunla bağlı qərarlarını yaxın saatlarda bildirəcəklərini desələr də, sonradan komandanlığın əmrini gözlədiklərini deyiblər.

Tələbənin anası ağladığı üçün danışıq yarıda kəsilib.

Qeyd edək ki, bundan əvvəl neftçalalı tələbəni atası ilə danışdırıblar.

“Mariupol Universitetinin 3-cü kurs tələbəsi olan oğlum – Abdullayev Hüseyn Amin oğlu bildirdi ki, sığınacaqdan çıxaraq şəhəri tərk etmək istəyərkən avtomaşında olan şəxslərlə birgə maskalı hərbçilər tərəfindən saxlanılıb.

Oğlumun telefonuna cavab verən şəxslər Qafqaz ləhcəsində, amma rus dilində danışırdılar. Hüseyni girov götürmüş şəxslər yaxın saatlarda şərtlərini açıqlayacaqlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.