Rusiyada şəkər tozu növbəsi - Video

21-03-2022, 13:16           
Rusiyada şəkər tozu növbəsi - Video
Rusiyanın Saratov şəhərində şəkər qıtlığı yaşanır.

“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı videolar bir neçə gündür ki, sosial şəbəkələrin Rusiyanın seqmentində yayılır.

Videolardan görünür ki, yüzlərlə sakin şəhər meydanına toplaşaraq növbə ilə yük maşınlarından şəkər almağa çalışır.

“Kommersant” yazır ki, ölkə ərazisində şəkər tozunun qiyməti kəskin artıb. Bəzi yerlərdə 70 rubla satılan bu məhsul digər satış nöqtələrində 100-120 rubla təklif edilir. Qeyd edilir ki, vətəndaşlara 2 kiloqramdan çox şəkər almaq qadağan edilib.

Xatırladaq ki, Ukraynaya hücumundan sonra bir çox ölkə Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Bir çox məhsulun qıtlığı da məhz iqtisadi vəziyyətin nəticəsi və əhalinin müharibə şəraitindən qorxaraq ərzaq depolaması ilə izah edilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru