Gömrük generallarının savaşı

12-04-2016, 22:09           

O, Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə iddialıdır

General-leytenant son 10 il ərzində külli miqdarda sərvət toplamağa, mühüm əhəmiyyət kəsb edən vəzifələrə öz adamlarını yerləşdirməyə nail olub Dövlət Gömrük Komitəsi, eləcə də onun yerli şöbələri son zamanlar əhalinin, əsasən də iş adamlarının, sahibkarların ən çox narazılıq etdiyi qurumlar sırasında qərarlaşıb.

Çünki hazırda bir sıra gömrük-keçid məntəqələrində vətəndaşlar heç bir tutarlı arqument göstərilmədən saatlarla, həttə bəzən günlərlə ucu-bucağı bilinməyən növbələrdə qalmalı, süni əngəllərlə üzləşməli olur. Bu və digər önəmli məqamlarla bağlı Gundelik-Baku.com-u məlumatlandıran mənbə iddia edir ki, vəziyyətin bu həddə gəlib çatmasının əsas səbəbkarı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev və onun birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevdir.

Belə ki, Səfər Mehdiyevin əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu Nehrəm kənd kolxozunda başladığını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, o, artıq bir müddətdir ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə gərgin mübarizəyə qoşulub: «Səfər Mehdiyev 2006-cı ilin fevral ayından etibarən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışır. Deyilənlərə görə, geridə qoyduğumuz bu 10 il ərzində o, bir sıra yollarla özünə külli miqdarda sərvət toplamağa, Dövlət Gömrük Komitəsində mövqeyini möhkəmləndirməyə, eyni zamanda mühüm əhəmiyyət kəsb edən vəzifələrə öz adamlarını yerləşdirməyə nail olub.

Belə ki, hazırda əksər gömrük keçid məntəqələrinin, eləcə də komitənin bir sıra şöbələrinin rəisləri məhz Səfər Mehdiyevin adamları, ona yaxın olan şəxslərdir. Məhz bu fakt ona Dövlət Gömrük Komitəsi sədri ilə mübarizədə daha güclü mövqedə dayanmağa, maraqlarını reallaşdırmağa yardımçı olur. Görünən odur ki, Səfər Mehdiyev bu illər ərzində səssiz-səmirsiz hərəkət edib və planlarını həyata keçirmək üçün komitə daxilində Aydın Əliyevin komandasını mərhələli şəkildə «neytrallaşdırıb».
Səfər Mehdiyev Aydın Əliyevlə gərgin mübarizəyə qoşulub

İş o yerə çatıb ki, bu gün Dövlət Gömrük Komitəsində sədrin deyil, məhz onun birinci müavininin əmr və göstərişlərinə sözsüz əməl olunur. Təbii, Aydın Əliyev ətrafında cərəyan edən proseslərdən xəbərdardır. Lakin artıq onun hər hansı təsirli addım atmaq, Səfər Mehdiyevə tutarlı cavab zərbəsi endirmək imkanı demək olar ki, yoxdur. Çünki qeyd etdiyim kimi, Dövlət Gömrük Komitəsi bu gün qeyri-rəsmi olaraq komitə sədrinin birinci müavininin nəzarətindədir». Səfər Mehdiyevin nəyin bahasına olursa-olsun Dövlət Gömrük Komitəsinin sədri postuna təyinat almağa can atdığını deyən mənbə iddia edir ki, bunun üçün o, Aydın Əliyevlə arasında gedən mübarizədən tam qalib ayrılmaq niyyətindədir: «Deyilənlərə görə, Səfər Mehdiyev Aydın Əliyevə qarşı güclü komanda formalaşdırmaq məqsədilə əksər qohum-əqrabasını, yaxınlarını dövlət gömrük xidmətinə yerləşdirib. Hələ bu, azmış kimi, qısa müddət ərzində onlara kapitan, mayor, polkovnik rütbəsi verdirib. Məsələn, bacısının 3 kürəkəni, bacısı oğlu, qayınatası, bacanaqları, bibisi və dayısı uşaqları, bir sözlə, çoxlu sayda yaxın qohumu hazırda gömrük xidmətində məsul vəzifələrdə çalışır. Onu da nəzərinizə çatdırım ki, Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini müxtəlif yollarla əldə etdiyi vəsaitlər hesabına Qusarda, Şamaxıda, Mərdəkanda villalara, Milli Onkologiya Mərkəzinin yanında supermarketə, mərasim zallarına, Gömrük Komitəsinin Hospitalının yanında diş klinikasına, Badamdar qəsəbəsində nəhəng villaya sahib olub. Bir məqamı da vurğulamaq yerinə düşər ki, onun qayınatası Qulu Tarquliyev zamanında mərhum prezident Heydər Əliyevin əleyhinə gedən şəxslərdən biri olub. Lakin buna baxmayaraq, Qulu Tarquliyevin övladları Əli Tarquliyev, Zeynal Tarquliyev, İlham Tarquliyev məhz Səfər Mehdiyevin sayəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq bəzi məhsulları inhisara alıblar».

Səfər Mehdiyev Aydın Əliyevlə gərgin mübarizəyə qoşulub Bundan başqa, deyilənlərə görə, müxtəlif yollarla ölkəyə aksiz markası olmayan malları, əsasən də siqaret və spirtli içkiləri gətirən şəbəkə məhz Səfər Mehdiyevin nəzarətindədir. Elə bu səbəbdən də içərisində Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavininə yaxın adamlara məxsus olan mallar olan yük avtomobilləri gömrük qeydiyyatından keçilirmir. Sözsüz, bu, dövlət büdcəsindən külli miqdarda vəsaitin yayındırılması deməkdir. Elə bu səbəbdən də müvafiq qurumlar dərhal Səfər Mehdiyevin və ona yaxın olan şəxslərin fəaliyyətini araşdırmalı, onlar barəsində zəruri ölçü götürməlidirlər. (gundelik-baku)
Adları çıəkilıən hər bir şəxsin fikirlərinəı yer verməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.