Müharibə başlayan gecə Vaqif Abdullayev harada olub? - təfsilat

13-04-2016, 01:50           
Müharibə başlayan gecə Vaqif Abdullayev harada olub? - təfsilat
Müavinləri Beyləqanın icra başçısını bir gün sonra güclə Bakıdan tapıblar

Beyləqanın icra başçısı Vaqif Abdullayevin rayonu idarə edə bilməməsi, sahibkarlara problem yaratması, bahalığın qarşısını ala bilməməsi və digər səbəblərdən dəfələrlə töhmətə məruz qaldığı sirr deyil. TEREF.İNFO Politika.Az-a istinadən xəbər verir ki, işinin öhdəsindən gələ bilməyən icra başçısına dəfələrlə rəsmi dairələrdən xəbərdarlıq ediblər ki, özünü yığışdırsın. Amma görünən odur ki, bunun heç bir faydası olmayıb.

Qeyd edək ki, Vaqif Abdullayevi çətin duruma salacaq əsas hadisə onu vəzifəsindən belə edə bilər. Məlumdur ki, Beyləqan cəbhə xəttində yerləşən strateji əhəmiyyətə malik rayondur. Onun rəhbərliyinin mütəmadi olaraq yerində olması isə şərtdir. Xüsusən də müharibə şəraitində olduğumuz indiki ərəfədə .

Aprelin 1-i gecədən əməliyyatlara başlayan Azərbaycan Ordusu böyük bir ərazini nəzarətə keçirmək üçün can qoyduğu vaxt, Vaqif Abdullayev nəinki yerində olmayıb, hətta başqa bir işin başında olub. Etibarlı mənbələrdən verilən məlumata görə, Beyləqanın icra başçısı müharibə başlayan kimi, Bakıdaymış. Dostlarıyla yaxşıca yeyib-içdikdən sonra, əylənməyindən də qalmayıb. Gecə saatlarında müavinləri iş başında olan icra başçısını tapmaq üçün bir xeyli əziyyət çəkməli olublar. Deyilənlərə görə, səhərə yaxın Vaqif Abdullayevin yerini müəyyən edən müavinləri ona xəbər veriblər ki, durum fərqlidir və işinin başında olmalıdır.

Nəzərə alaq ki, Vaqif Abdullayevin rayonu həftənin iki günü tərk etdiyi də məlumdur. Həftənin cümə günü axşam rayonu tərk edən icra başçısını bir də həftənin birinci günü günortadan sonra Beyləqanda görmək mümkündür. Məlumatlara görə, icra başçısı hər həftənin sonu Bakıya təkcə yaxınlarını görməyə deyil, həm də dostlarıyla əylənməyə gedir.

Qarşı tərəfi də dinləməyə hazırıq.
TEREF.İNFO












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.