Vidadi İsayev üçün «müharibə dərsləri» - onu nə gözləyir?

13-04-2016, 15:08           
Vidadi İsayev üçün «müharibə dərsləri» - onu nə gözləyir?
Aprelin 1-dən 2-ə keçən gecədən etibarən erməni işğalçılarının təxribatlarına layiqli cavab verən Azərbaycan Silaphlı Qüvvələrinə ölkənin əksər rayonlarından dəstək gəldi. Bütün Azərbaycan xalqı ayağa qalxdı. Bütün ölkə boyu müvafiq icra strukturları rayon ictimayyətləri ayaqda oldular. Lakin bu kiçik müddətli və şərəfli sınaq dövründə Bərdə cəbhə bölgəsində yerləşən mərkəz və strateji rayonlardan olsa da, nəzərə çarpacaq dərəcədə aktivlik müşahidə olunmadı.

GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən hərbi əməliyyatların keçirildiyi zaman Bərdənin icra başçısı Vidadi İsayev özünə yeni kadrlar təyin etməkdə idi. V.İsayev bu ərəfədə köməkçisi Zaur Məmmədovun təqdimatını Bakıya yollayır, onu İcra Hakimiyyətində şöbə müdiri postuna təyin edirdi. Daha sonra isə Zaurun yaxın qohumlarına İcra Hakimiyyətində ştat açdırır və onlara da büdcədən əmək haqqı ayırır.

Bərdə rayonunda isə insanlar narahatçılıq içində cəbhədə baş verənləri izləyir, ağır artileriyanın dəhşət saçan yaratdığı vahimə altında gözləyirdilər. Və belə bir dövrdə yenə icra başçısı Vidadi İsayev öz tabeçiliyində olan şöbə müdirlərindən biri ilə mübahisə edir. Gundeminfo.az-a daxil olan məlumata görə, Vidadi İsayev ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Fəqət Şadlinskaya ilə ciddi qovğaya düşüb. İnformasyaya görə, şöbə müdiri bu aralar icra başçısı ilə qovğa etməsində səbəb elə böyük ehtimalla baş verən ictimai-hərbi məsələlər olub.

Sadalanan bu informasiyalarla bağlı olaraq Bakıda artıq təhlil və araşdırmaların aparıldığı söylənilir. Azərbaycan ordusunun ermənilərə qarşı apardığı uğurlu əməliyyatlar zamanı müvafiq olaraq yerli icra strukturlarının özlərini necə apardıqları təhlil edilir. Yarana biləcək fövqəladə hallarda hansı icra başçılarının əhali arasında nifuzunun olub-olmaması, prosseslərə müdaxilə imkanları və sair araşdırılır.

«Müharibə dərsləri»ndən pis qiymət alanları isə yaxın günlərdə ağır cəzalar və işdən azad edilmə qərarları gözləyir. Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.