Qaradağ şefinin Lənkəranda nələri var? - Siyahı

14-04-2016, 01:41           
Qaradağ şefinin Lənkəranda nələri var? - Siyahı
Paytaxtın Qaradağın icra başçısı Süleyman Mikayılovun Lənkərandakı obyektlərinin siyahısı açıqlanıb.

Vizual.az-a verilən xəbərə görə, S.Mikayılov Lənkəranda rəhbər olduğu dövrdə tikdirdiyi restoran və mağazalar hələ də onun nəzarətindədir. Qaradağ rayonuna təyinat aldıqdan sonra Mikayılovun cənub bölgəsindəki biznesi əlindən çıxmayıb.

Hazırda Lənkəranın girişində yerləşən restoranın icra başçısına məxsus olduğu deyilir. "Xan Lənkəran” adlı həmin restoran hələ də Mikayılovun şəxsi biznesinə daxildir.

Həmçinin, Heydər Əliyev meydanının qarşısında tikilən aptek, geyim və digər iaşə obyektlərin də S.Mikayılova aid olduğu iddia edilir.

Cənub zonasındakı biznesindən möhkəm yapışan icra başçısı bu rayonda yaşıllıqların məhvi ilə ad çıxarmışdı. Qaradağa gəldiyi ilk vaxtlarda da təbiətə qənim kəsilmiş S.Mikayılov kəsilən ağacların yerində müxtəlif xidmətlər göstərən mağazaların tikilməsini çox sevir.

Məlumata görə, Lənkəranda onun biznesinə dəyib-dolaşan da olmayıb. Onu da deyək ki son 5 il müddətində Süleyman Mikayılov orta məktəblərə satdığı və keyfiyyəti həddindən artıq aşağı olan bərk inventarlar sayəsində külli miqdarda gəlirlər əldə edib.

İcra başçının Təhsil Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə əlbir olaraq orta məktəblərə satılan stol-stulları maya dəyərindən 4-5 dəfə baha sənədləşdirib və bu işdən milyonlarla manat qazanıb.

Aparılan araşıdırmalar nəticəsində icra başçısının Sahibkarlığıa Kömək Milli Fondundan hansı şirkətin adı altında kredit götürməsini üzə çıxardıb. Belə ki, apardığımız ilkin araşdırmada Süleyman Mikayılovun dövlət fondundan "ESKA-LİDER” MMC şirkətinin adına 2013-cü ildə 550 min manatdan yuxarı kredit üçün müraciət edərək həmin vəsaiti əldə edib.

Hüququ ünvanı Bakı şəhəri Nəsimi rayonu Mir Cəlal 24,mənzil göstərilən "ESKA-LİDER” MMC şirkətinin Süleyman Mikayılova yaxın olan bir şəxsin adına qeydiyyatdan keçib. "ESKA-LİDER” MMC şirkəri 7 fevral 2005-ci ildə Vergilər nazirliyinin 2 saylı filialında qeydiyyata alınıb.

Aldığımız məlumatda qeyd olunur ki, 0,6 faizlə Sahibkarlığa Kömək Milli Fondundun dəstəyi ilə 7 il müddətinə götürülən yarım milyondan çox kredit Süleyman Mikayılovun mebel fabrikinin tikintisi, avadanlıqlarının alınması üçün istifadə olunub. Ancaq icra başçısı digər şirkətlər vasitəsi ilə də digər banklardan kredit götürərək bu işə yatırdığı deyilir.

"ESKA-LİDER” MMC şirkəti Süleyman Mikayılovun Lənkəran icra başçısı işlədiyi dövrlərdədə bir çox tenderlərdə iştirak edib.Həmin şirkətin Lənkəran şəhərində xiyabanın təmiri, səkilərin tametlənməsi, üzlüklərin vurulması və sair işlər görüb. İcra başçısı rayonun sosial iqtisadi inkşafı üçün dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsaitləri məhz bu şirkət vasitəsi ilə silib.

Bundan əlavə, Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov karxanalar üzərində öz payı olan ciddi fiqurdur. Onun adından bu işləri Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Rasim Əhmədov həyata keçirir. Karxanalardan haqqı Rasim Əhmədov yığırsa, torpaq alverinə də rayonun baş memarı Naiq Səmədov baxır.

Süleyman Surxay oğlu Mikayılov 1962-ci ildə aprelin 27-də anadan olub. 1979-cu ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.

1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984-1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994-1995-ci illərdə «Səma» kiçik müəssisəsinin direktoru işləyib. 1995-1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb.

1999-2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib. 2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2005-2010-cu illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalşıb. Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse prezidentidir.
Bu iddialarla bağlı adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.