Kərəm Həsənovun Əmlak Komitəsindəki maşın bazarı - ARAŞDIRMA
15-04-2016, 00:03
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (HTAM) avtomobil hərracları keçirilir.
TEREF.İNFO yazır ki, miq.az-ın verdiyi xəbərə, bu barədə mətbuatda görüntü xatirinə informasiyalar tirajlansa da, əslində bu hərracın kimə və nəyə hesablanması sirlidir. Əslində buna sirli demək də olmaz, əgər Kərəm Həsənov Əmlak Məsələləri Dövlət Komitəsini bazara çevirməsəydi...
Kərəm Həsənov bircə bu komitənin həyətində turp əkmir. Əkdiyi də, becərdiyi də bəlli. Hətta sahibkarların başında "yaşıl turp” əkdiyi də gizli deyil. Necə deyərlər, pulunu ver, şəklini çək! Bu gün Əmlak Komitəsinin devizi yalnız budur. Bunu biz yox, redaksiyamıza göndərilən şikayət məktubları deyir.
TEREF.İNFO yazır ki,miq.az-a daxil olan məlumatlara görə, Əmlak Komitəsi sanki maşın bazarını xatırladır. Belə ki, 10 min manat (on min manat) dəyərində olan maşınlar adıçəkilən komitəni su yoluna döndərmiş maşın alverçiləri tərəfindən elə həzm-rabedən keçirilir ki, onu bir o işbazlar bilir, bir də cənab Həsənovun özü... Məsələn, Əmlak Komitəsinin rəsmi saytında bildirilir ki, hərraca istehsal ili 1992-cü ildən 2007-ci ilə qədər olan 17 maşın çıxarılacaq.
Avtomobillərin arasında "Chevrolet Epica", "Mercedes Benz 300", "Nissan Maxima", "Hyundai H-1", "BMW 760" və "BMW 740" var. Xarici markalı avtomobillərin start qiyməti istehsal ilindən və markasından asılı olaraq 3600 - 11 min manat arasında dəyişir. Hərraca çıxarılan UAZ markalı maşınların start qiyməti 1600 manatdan başlayır.
Komitənin saytına, "Hərracda iştirak etmək istəyənlər məbləğin 10 faizi həcmində "beh"i əvvəldən Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına köçürməlidir" elanı verilsə də, Kərəm Həsənova bağlı olan dəllallar maşınları bir göz qırpımında yerbəyer edirlər.
15 min manat dəyərində olan maşınlar bazar alverçilərinə satılır və bu qiymət sənədlərdə 2-3 min manat arasında göstərilir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (HTAM) iki ədəd "Mercedes Benz 300", bir ədəd "BMW 760" markalı avtomobil bazar qiymətindən iki dəfə aşağı qiymətə sənədləşdirilsə də, əslində dəllalar tərəfindən baha qiymətə satılıb.
Qarşı tərəfin fikirlərni dinləməyə hazırıq!
TEREF.İNFO