ŞAMAXIDA QAZ XƏTTİNƏ AYRILMIŞ PULLARA BAŞÇI VİLLA TİKDİRİB

15-04-2016, 20:38           
ŞAMAXIDA QAZ XƏTTİNƏ AYRILMIŞ PULLARA BAŞÇI VİLLA TİKDİRİB
Asif Ağayev bir kənd üçün nırx təyin edib: 30 min manat...

Şamaxı Azərbaycanın tarixi paytaxtlarından biri olmaqla yanaşı, həm də mədəniyyət beşiyidir. Rayonun səfalı təbiəti, mərkəzə yaxınlığı mahiyyət etibarı ilə turistik yer kimi formalaşmasına imkan verir. Di gəl, Şamaxının icra başçısı Asif Ağayevi turist yox, nağd pul maraqlandırır.

TEREF.İNFO politika.az-a istinadən xəbər verir ki, Asif Ağayev demək olar ki, rayonu başlı başına buraxıb. Burada baş verənlər o həddə çatıb ki, özbaşınalığın özü belə yeni forma və məzmun qazanıb. Rayonun icra başçısı bir müddət əvvəl kadr dəyişikliyinə gedərək, daha çox pul qazanmağa çalışıb. Belə ki, əksər yerli icra nümayəndələrini dəyişdirərək, onların yerinə yenisini gətirməklə az olmayan qazanc əldə edib.

Rayonun idarəçiliyi tamamilə yaddan çıxarılıb. Şəhərdaxili yolların bərbad durumda olması, büdcə vəsaitlərinin total şəkildə talan edilməsi isə adi hallardan sayılır. Verilən məlumatlarda vurğulanır ki, Asif Ağayev bütün gücünü Şamaxıda özünə villa tikdirməyə, Bakıda isə obyekt almağa yönəldib. Elə bu səbəbdəndir ki, rayonun Nağaraxana deyilən ərazisində icra başçısı boy-boya bir neçə villa düzdürüb. Bakıda da analoji qaydada villalara, dükanlara və mağazalara sahib olan icra başçısı gələcəyini təminat altına almağa çalışır.

Şamaxıda əsas işləri birinci müavin Qasım Qasımov həyata keçirir. Bütün kadrları o tapır, alış-verişləri o edir və sairə. Vəzifə almaq istəyənlər ilk olaraq Qasımovu tapır, hesabı ona verir və bununla da işlərini bitmiş sayırlar. Hətta orta məktəbə müəllim işə götürülməsi belə müavinsiz həyata keçirilə bilməz. Qasımov isə deyir ki, aldıqları ona çatmır və böyük pay icra başçısınındır.

Asif Ağayev işi o həddə çatdırıb ki, artıq rayon camaatı etirazlara belə başlayıb. Məsələn, bir müddət əvvəl rayonun bir neçə kəndinin sakinləri yolu bağlayaraq, onlara verilən elktrik enerjisinin kəsilməsinə etiraz etmişdilər. Kəndlərin təbii qazla təhciz olunması məsələsi də havadan asılı vəziyyətdə qalıb. Deyilənlərə görə, icra başçısı kənd icra nümayəndələrinə bildirib ki, hansı kənd təbii qaz xəttinin çəkilişini arzulayırsa, pul yığıb versinlər. İddia edilir ki, Şamaxıda kiçik bir kənd qaz xəttini çəkdirmək istəyərsə, bunun üçün 30 min manatından keçməlidir.

Bura su və ya elektrik xəttini əlavə etsək, Şamaxının hər bir kəndi 50-100 min manatlıq xərcə düşmüş sayılacaq. Ona görə ki, icra başçısının haqqı olmayan iş heç bir zaman alınmayır.

Qarşı tərəfi də dinləməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.