Cavid Qurbanovun ən yaxın adamının oğlu işdən niyə qovulub?FOTO

16-04-2016, 13:16           
Cavid Qurbanovun ən yaxın adamının oğlu işdən niyə qovulub?FOTO
Xəqani Kazımovun oğlu Vüsal Kazımov bir müddət əvvəl medianın gündəminə gəlmişdi. Mediada onun dəbdəbəli həyat tərzi və bahalı maşın kolleksiyası barədə məlumatlar yayılmışdı. Əldə etdiyimiz məlumata görə, bundan sonra Vüsal Kazımov prokurorluq orqanlarından qovulub. Lakin Vüsal Kazımovun harınlığından hiddətlənən baş prokuror Zakir Qaralov Vüsal Kazımovu işdən qovmaqla kifayətlənməyib. teref.az Azadliq.infoya istinadən yazır ki, Zakir Qaralov Vüsal Kazımova görə prokurorluq orqanlarındakı iki səlahiyyətli şəxsdən tabeliklərində olan əməkdaşların xidməti və əmək intzamına ciddi nəzarətin təmin olunmasını tələb edib. Zakir Qaralovun əmrində deyilir:

“1.Bakı şəhər Səbail rayon prokurorluğunun sınaq müddətilə müstəntiq vəzifəsinə təyin edilmiş Kazımov Vüsal Xəqani oğlu əmək intizamını kobud şəkildə pozduğuna görə prokurorluq orqanlarından xaric edilsin.

2.Səbail rayon prokuroru vəzifəsini icra edən Natiq Əsədov və Bakı şəhər prokuroru Əziz Seyidovdan tabeçilikdə olan əməkdaşların xidməti və əmək intizamına ciddi nəzarətin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi tələb olunsun”.

Göründüyü kimi Cavid Qurbanovun dostunun oğlu Zakir Qaralovu bərk qəzəbləndirib. Məlumat üçün deyək ki, Xəqani Kazımov hazırda “Azərbaycan Dəmir Yolları” QSC-də yüksək vəzifədədir. Yaxşı olar ki, Cavid Qurbanov bu biabırçılıqlara cavab versin.
Adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq!
teref.az






















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.