Kəmaləddin Heydərovun 67 milyonluq təyyarəsi

17-04-2016, 16:04           
Kəmaləddin Heydərovun 67 milyonluq təyyarəsi
Bəzi azərbaycanlılar işıq pulu, yemək pulunu təmin etmək üçün 67 manat tapa bilmədikləri vaxtda....
Sosial şəbəkələrdə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu deyilən, yenicə alınmış təyyarənin fotoşəkilləri yayılır.

teref.az saytı yazır ki, təyyarənin fotolarını paylaşan sosial şəbəkə istifadəçiləri bunun 67 milyon dollarlıq Gulfstream G650 təyyarəsinin olduğunu açıqlayıblar.

Təyyarə 12 964 min kilometr məsafəyə uça bilən, son modellərdən biridir.

O da maraqlıdır ki, bu cür bahalı təyyarəni sifariş edən ilk 10 şəxs arasında müxtəlif ərəb şeyxləri, Al-Paçino kimi Hollivud aktyoru və həmçinin Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov da var.

Ölkədə əhalinin və dövlətin belə çətin vəziyyətdə olduğu bir vaxtda rəsmi maaşı 2-3 min manatı ötməyən bir məmurun 67 milyon dollara təyyarə almasını başa düşmək müşkül işdir.

Bəzi azərbaycanlılar işıq pulu, yemək pulunu təmin etmək üçün 67 manat tapa bilmədikləri vaxtda başqa bir məmur 67 milyon dollar verib təyyarə alır.
P.S. teref.az olaraq qeyd etmək istəyirik ki, əldə etdiyimiz məlumata görə bu təyyarə Silk Way-in anqarlarında dayanır.
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!

teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.