Bu şəxslərə maaşdan əlavə PUL VERİLƏCƏK

7-05-2022, 00:04           
Bu şəxslərə maaşdan əlavə PUL VERİLƏCƏK
Qida təhlükəsizliyi sahəsində çalışan işçilərə maaşdan əlavə pul veriləcək.

Teref.az-ın yazdığına görə, Yenicag.az xəbər verir ki, bu barədə məsələ Milli Məclis tərəfindən qəbul edilən “Qida təhlükəsizliyi” haqqında qanun layihəsində öz əksini tapıb.

Belə ki, yeni qanun layihəsinin 37-ci maddəsində qeyd olunur ki, bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən və bu Qanuna əsasən tutulan dövlət rüsumlarından toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür.

Qeyd edək ki, qanun layihəsi dünən üçüncü oxunuşda Milli Məclis tərəfindən qəbul edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru