Oğurlanmış 50 kq qızıl və ya hansısa qaranlıq məqamları pərdələməyə cəhd- İTTİHAM
21-04-2016, 00:04
Bu günlərdə bir qohumun o birisinin 50 kq qızılını oğurladığı haqda çox ilginc məlumat yayılmışdı. Əslində hamıya təəcüblü gəldi, axı 50 kq qızıl xırda şey deyil ki, onu elə belə oğurlayasan. Və bu qədər qızılı olan adam kimdir görəsən? TEREF.İNFO-nun poçtuna bütün bu və bundanda artıq suallara cavab verən və sonra daha qəliz sullar ortaya çıxardan bir məktub daxil olub. Bu məktubu sizə təqdim edirik:
Qırğızıstandan başlayan silsilə oğurluqlarını Azərbaycana qədər gətirib çixaran Baxşiyev Çingiz Nərimanoviç 2003-cü ildən Nəqliyyat Nazirliyinin departamentinin rəhbəri vəzifəsində işə başlamışdır. Həmin tarixdən islahatlar adi ilə adinın gündəmə gəlməməsi ilə Nəqliyyat Nazirliyinin büdcəsini ustalıqla mənimsəmişdir. Dövlət əmlakının talan olunmasında mənimsədiyi pulları Nəqliyyat Nazirinə məxsus olduğunu deyərək (Sonradan Bəxşiyev Çingizə məxsus olduğu məlum olmuşdur) qutularda yerləşdirilmiş xarici valyutaları və möhürlənmiş bağlamaları və kodlaşdırılmış çantaları 2004-2005-ci illərdən həmin xidmətdə işləyən qohumu Əhmədov Rövşənə saxlamaq üçün vermişdir. Qohumu Rövşən Əhmədov müvəqqəti saxlamaq adı ilə verilmiş əmanətləri hər dəfə sahibi Baxşiyev Çingiz Nərimanoviçə geri qaytarmaq üçün müraciət etdikdə, Baxşiyev Çingiz Nərimanoviç, oğlu Bəxşiyev Nəriman Çingizoviçin və kürəkəninin narkotik aludəçisi olduğu üçün həmin əmanətləri evində saxlamaq istəmədiyini bəhanə gətirmişdir. Prezident İlham Əliyevin göstərişi ilə Milli Məclisin "Valyuta tənzimi haqqında” qəbul etdiyi qanunda ölkədən xaricə kapital axının qarşısını alınmasına cəhd etdiyi bir vaxtda, Baxşiyev Çingiz Nərimanoviçin oğlu Bəxşiyev Nəriman Çingizoviçin heç bir yerdə işləmədiyi halda ona diplomatik pasport alaraq oğlunun vasitəsi ilə ölkədən pulları asanlıqla çıxarırdı. Şikayətçi sonra teref.azya yazır: ondan başqa Cingiz Bəxşiyev bu illər ərzində dəfələrlə Rövşən Əhmədovun və oğlu Nərimanın adına böyük miqdarda pul baratları alırdı. Bu baratlar dövlət məmuruna niyə və kimlər tərəfindən göndərilirdi?
Çirkli əməllərlə daha çox sərvət qazanmaq istəyən Çingiz İran, Əfqanıstan və Qırğızıstan marşurutu üzrə milyonlarla gəlir gətirən biznes qurduğunu və bu biznesin nədən ibarət olduğunu açıqlamırdı. Və bu işdə Rövşən Əhmədovdan istifadə etmək üçün onu bu işə cəlb etmək istəyirdi. Dəfələrlə heç bir səbəb demədən Rövşən Əhmədovu adları qeyd olunan ölkələrə getməyi məcbur etmiş və hansı iş üçün getdiyi haqda orada melumatlandırılacağını deyib. Lakin Rövşən Əhmədov qohumu kimi Baxşiyev Çingiz Nərimanoviçə hörmət etsədə və ona çox güvənsədə hansı iş üçün gedəcəyini bilmədiyi üçün etiraz etmişdir və onu öz çirkin əməllərinə cəlb etdiyi üçün ölkənin Prezidentinə və dövlətin qanunlarına güvəndiyini deyərək ondan şikayət edəcəyini bildirmişdir. Bundan qəzəblənən Bəxşiyev dəfələrlə onu və ailə üzvlərini ölümlə hədələyərək onu öz çirkin əməllərinə cəlb edə bilməyəcəyini gördükdə “Kimin pulu çoxdursa qanun onun üçün işləyir” deyərək onu tezliklə aradan götürəcəyini, həbsdə ölümlə susduracağını demişdir.
Rövşən Əhmədov Çingizin ona illərdir saxlamaq üçün verdiyi bağlamaları Çingizin etirazına baxmayaraq israrla ona geri qaytarmaq üçün Çingizin evinə gedib. Çingiz Rövşənin onun bağlamalarını saxlamaq istəmədiyini gördükdə həmin əmanətləri qızları Sevil və Fatmanın evinə aparıb verməyi tapşırıb. 2016-cı il fevral ayının 1-də Rövşən Əhmədov onda olan əmanə\tləri yəni bağlamaları Çingizin qızı Fatmaya Cingizin Fatmaya zəıng edib “Rövşəndən bağlamaları təhvil al!” deyəndən sonra, Rövşən əmanətləri, yəni bağlamaları Cingizin qızı Fatmaya və yeznəsi Ayaza təhvil verib. Çingiz Rövşən Əhmədovun bildiklərini susdurmaq niyyəti ilə heç bir fakt tapmadığı üçün üstündən uzun müddət keçməsinə baxmayaraq fevral ayının 1-də qızı Fatmaya və yeznəsi Ayaza təhvil verilmiş bağlamaların içinin boş olduğunu və 50 kq qızılın götürülməsi barədə 2016-cı il 5 apreldə həbs etdirib. Lakin fevral ayının 1-dən aprel ayının 5-dək olan müddətdə həmin bağlamanın Çingizin qızı Fatmnın evində qalması və həmin müddətdə onların bu bağlama ilə nə iş gördükləri araşdırılmamışdır. Rövşən Əhmədov sona qədər günahkar olmadığını desədə, onun bu cinayəti zor gücünə zor gücünə boynuna qoymağa çalışsalarda istəklərinin bir nəticəsi olmadığını gördükdə 15 gündən sonra 17 aprel tarixində Rövşən Əhmədovu həbs etmiş və 18 aprel 2016-cı il tarixdə barəsində cinayət işi açılaraq məsuliyyətə cəlb etmişlər. Baxşiyev Çingiz Nərimanoviçin dediyi kimi bu ölkədə “Kimin pulu çoxdursa qanun onun üçün işləyir” prinsipi öz təsdiqini tapdı. Cənab Prezident İlham Əliyev təkcə Azərbaycanın deyil onun hər bir vətəndaşının prezidenti olduğunu və qanunun şah olduğunu vurğulayır. Lakin Çingiz Bəxşiyev deyəsən elə bilir ki, pulun qanun olduğunu və bu ölkədə qanunları məmurların istədiyləri kimifırladacağını sübut edəcək.
Milyonlarla sərvətə və çoxsaylı milyonluq malikanələrə və ölçüyə gəlməz torpaq sahələrinə sahib olan Bəxşiyev Çingiz üçün hüququ qorunmayan adi bir vətəndaş Rövşən Əhmədovu aradan götürülməsi adi bir işdir. Çünki Çingiz Bəxşiyev dövlət məmurlarını qanunları onun istədiyi kimi idarə olunmasına hələlik “razı” sala bildi.
Rövşən Əhmədovun onun kürəkəni Ayaza və qızı Fatmaya təhvil verdiyi bağlamanın götürülməsi Ayaz və Fatma tərəfindən götürülməsi təsdiq olunduğu halda niyə görə onlar istintaqa cəlb olunmadı???? Bu suala isə cavab o oldu ki, onlar varlı olduğu üçün oğurluq etməzlər və buna görə onlardan şübhələnmək əsassızdır.
Sizə göndərdiyim şəkil və sənədlərdə siz Cingiz Bəxşiyevin on milyonlarla sərvətinin cüzi bir hissəsini görürsünz. Azərbaycana gəldiyi 12 il olan Cingiz Bəxşiyev görəsən adi məmur maaşı ilə bu var dövləti yığıb? Cingiz Baxışovun var dövlətinin siyahısı:
1 Bakıda "Manqo" mağazasının üstündı mansardı ilə ev. 5 milyon qiymət qoymuşdu.
2 Prezident aparatının yanında yenitikililərdə 1 mənzil. 1 milyon qiymət qoymuşdu.
3 Rəşid Behbudov küç. 1 ev
4 "Qız Qalası"nın yanında Neftçilər prospektində.
5 S.Vurğun küç,ev-1 m 91,93,94,95,97,98,102.
6 28may ev 6 m14
7. Mərdəkan polis akademiyasının arxasında bağ. 2 hektarda yerləşən 2 villa. 1 yarımçıqdır.
8 Bilgəh qəsəbəsində böyük sahəsi olan Villa.
9 Sumqayıtda dəniz kənarında "dostluq" restoranı
10 Avstriyada mülk. oğlu qalır.
11 Londonda ev
12 Türkiyədə ev və mülk.
13 Qırğızıstanda 850 000 alınmış mülk. ( qohumunun adına alıb)
Görəsən bütün bunlar hansı pullarla alınıb və dövlət büdcəsinin bu pullardan xəbəri var?
Bu Baxşiyev Çingiz Nərimanoviçin sərvətinin kiçik bir hissəsidir. Yaxın zamanda sizin sayta onun sərvətinin qalan hissəsi haqqında məlumat verəcəyik. Oğlunun, və qohumlarının adına min bir qaranlıq əməliyyatlarla qeyd edilmiş Azərbaycanın və bakının dilbər güşələrində onlarla hektar torpaq sahələri və nələr, nələr.....
Görəsən oğlu Bəxşiyev Nəriman Çingizoviç diplomatik pasportu nəyin müqabilində alıb?
Sənədlərdə görüdyünüz kimi Bakı şəhərində qeydiyyatda olan kiçik Bəxşiyev Hacıqabul qeydiyyatlı adı altındda Salyanda hektarlarla torpaq sahəsini necə əldə edib?
Görəsən 50 kq qızılı təhvil alanlar bağlamanın boş olduğunu hiss etməyiblər?
Və niyə 2 aydan sonra şikayət olunub? Bu 2 ayda nələr baş verib?
Sənədlərdə göründüyü kimi illərlə böyük miqdarda pullar gəlib. Bu nə pullardır və bu pulları Cingiz Bəxşiyev niyə alırdı?
İran, Əfqanıstan və Qırğızıstan marşurutu ilə hansı biznes qurulmuşdu ki, bu biznes qısa bir zamanda dövlət məmuruna 10 milyonlarla gəlir gətirirdi?
Cingiz Bəxşiyevin "krışa"sı kimdir ki, o Azərbaycana gələn kimi ona güclü nazirlikdə (Nəqliyyat Nazirliyi) departament müdürü vəzifəsini verib?
teref.az olaraq bu redsiyamıza daxil olan sənədlərin bir hissəsidir. Oxucular üçün maraq doğuracaq bəzi materiallar əməkdaşımız tərəfindən araşdırılır və gələn nömrəmizdə sizə təqdim edəcəyik!
Nəriman Çingizoviç Bəxşiyev Salyan, Xaçmazda, Abşeron və digər yerlərdə 10 hektarlarla torpaq sahəsinə sahib olub?
ARDI VAR.
teref.az olaraq Cingiz müəllimləı əlaqə saxlamaq istəsək də buna müvəffəq ola bilmədik!
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az
Çingiz Bəxşiyev S.Vurğun küçəsində yaşadığı ev.
Bakıda "Manqo" mağazasının üstündı mansardı ilə ev. 5 milyon qiymət qoymuşdu.
Mərdəkan və Bilgədə yerləşən villaları