"Təfəkkür"-ün rektorunun «perevod» «tələ»si - təfsilat
21-04-2016, 23:28
Müşfiq Atakişiyevlə valideynlər arasında devalivasiya qalmaqalı
Azərbaycanda fəaliyyət göstərən əksər özəl universitetlərin əsas təyinatı heç də tələbələrə yaxşı təhsil vermək deyil. Bu gün ölkədə hamı yaxşı bilir ki, belə ali məktəblərin əsas missiyası daha çox uşaq qəbul edib, onların valideynlərindən bir o qədər çox pul almaqdır.
teref.az politika.az-a istinadənb xəbər verir ki, belə təhsil ocaqlarından biri də Təfəkkür Universitetidir. Belə ki, bu ali məktəb uzun illərdən bəri yalnız və yalnız diplom almaq arzusunda olanları pul tələsinə salaraq, daha çox qazanc əldə etməklə məşğul olub. Elə bu səbəbdəndir ki, Təfəkkür Universitetinin adı həm saxta diplom, həm də «tələbə perevodu» məsələsində hallanmaqdadır.
Qeyd edək ki, sözügedən universitetin rektoru Müşfiq Atakişiyev hər il belə oyunlar hesabına milyonlarla manat pul qazanır. Onun strateji planlarından biri və birincisi isə «perevod» işləridir. teref.az yazır ki, politika.az-a verilən məlumata görə, bir müddət Kiyevdə filial açan, daha sonra isə Dərbənddə analoji addımı atan Atakişiyevin günün birində Nyu York filialı yaradacağı xəbəri yayılarsa, buna qətiyyən təəccüblənmək lazım deyil. Çünki adamın işi budur.
Nəzərinizə çatdıraq ki, Kiyev filialı məsələsində «əli yanan» rektor bu gün də Riyad Əliyevlə düşməndir. Hətta onun həbsi üçün İnterpola belə müraciət etmişdi. Həmin filialın rəhbəri olan Riyad Əliyevin mətbuata verdiyi açıqlamalardan da belə başa düşülür ki, Müşfiq Atakişiyev onu aldadaraq, bir neçə milyon dollar zərərə salıb.
Lakin son günlər Atakişiyevin başqa bir problem idə baş qaldırıb. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Təfəkkür Universitetinin rektoru ilə tələbələrin valideynləri arasında qalmaqal yaşanıb. Buna səbəb isə Dərbənd filialında təhsil alan və buy ay Bakıya köçürülməsi razılaşdırılmış tələbələrin «perevod» işinə görə istənilən pulun məbləğində ciddi dəyişikik yaranıb. Belə ki, Atakişiyev əvvəlcə 12 min manata razılaşdırığı prosesin qiymətini indi devalivasiyanı bəhanə edərək, 18 min manata qaldırıb. Əgər tələbə bir il Təfəkkür Universitində, daha sonra isə başqa bir təhsil ocağında oxumaq istəyərsə, o zaman bu rəqəm 5 dəfəyə qədər bahalaşa bilər. Məsələn, BDU-nun hüquq fakultəsinə «perevod» 100 min manata yaxındır. Və ya İqtisad Universitetinə keçmək istəyən tələbənin valideyni bunun üçün ən azı 50 min manatından keçməlidir.
Valideynlər isə rektorla əvvəlcədən hansı qiymətə razılaşıblarsa, həmin məbləğin üzərində dayanırlar. Onlar tələb edirlər ki, vaxtından əvvəl alınmış pullarının müqabilində iş görülsün. Və əlavə pul istənilsə belə onu vermək niyyətində deyillər. Çünki əvvəlcədən anlaşmaları mövcuddur. Lakin Müşfiq Atakişiyev devalivasiyanı bəhanə gətirərək, qiymətləri qaldırmaqla daha çox pul qazanmaq fikrindədir və o səbəbdən də israrla tələbini həyata keçirməyə çalışır.
Aralarındakı anlaşmanın pozulması səbəbindən valideynlər Təfəkkür Universitetinin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırırlar. Bundan başqa, onlar Müşfiq Atakişiyevlə bağlı məhkəməyə müraciət edərək, pullarını geri tələb etməyi də düşünürlər.
Qarşı tərəfi də dinləməyə hazırıq.
teref.az