Nazirin nəzərinə: Beyləqan DYP əməkdaşı rüşvət alarkən - FOTOFAKT

26-04-2016, 11:56           
Nazirin nəzərinə: Beyləqan DYP əməkdaşı rüşvət alarkən - FOTOFAKT
Beylaqan rayon DYP şobəsi rüşvət yuvasına çevrildiyi barədə keçən yazılarda da söhbət açmışdıq. Ümumiyyətlə RPİ-də yaranan rüşvət CETESİ və onların əlaltılarının oğurluqdan tutmuş, narkotik alverinə qədər məşğul olmaları barədə də ictimayəti məlumatlandırmışdıq. Buna baxmayaraq Beyləqan polisində hələdə vəziyyət dəyişməyişməmişdir. Bildirək ki, bir neçə gün bundan qabaq azerinews.org-un əməkdaşı, RPİ-nin DYP şöbəsinin əməkdaşlarını rüşvət alarkən görüntüləyib. Əməkdaşımızın bildirdiyinə görə, DYP-da xidmət keçən Elşən heçnədən çəkinməyərək sürücüləri saxlayıb açıq şəkildə pul tələb edib. Əks halda həmin sürücülər ən ağır cərimələrlə polis şöbəsinə aparılması ilə hədələnib.İdarə etdikləri avtobobildə radar və kiçik cərimələri olan sürücülər, Elşən qağaya 20-30 manat verərək yollarına davam ediblər. Bütün bu hadisələr əməkdaşımızın gözü qarşısında baş verməsinə baxmayaraq Elşən bəy "rəisimin tapşırığı belədi, gündelik reyisin hesabı catmalidir yoxsa doğmalarım ac qalar..." deməsi "balıq başından iylənər" məsəlidir. Görünür Beyləqan Polisində prezidentin çıxışları və rüşvətxorluğa qarşı mübarızə əzmi qulaqardına vurulur yada...

Azerinews.org-un rayondakı əməkdaşının əldə etdiyi digər məlumatda isə Beylaqan rayon Polis söbəsinin Post Patrul xidmətinin rəisi Elgun Məmmədovla bağlıdı. E. Məmmədov tabeçiliyində olan Polis serjantlarını aylğa buraxir, hər serjantan 200 manat aylıq alır. Bundan başqa PPX-nin yararsız avtomobillərin nömrələrini işlək avtomobillərə bağlayaraq benzin satmaqlada pul qazanırlar.

litiri 60 qəpiyə satılan benzindən gələn qazanc isə cənab Məmmədova çatdırılır deyən əməkdaşımız RPİ-də həqiqətəndə özbaşınalığın baş alıb getdiyini bildirir. Onun dediyinə görə rayonun kənd və qəsəbələrində edilən oğurluqlar, quldurluqlar polisin gözü qarşısında olsada buna görməzdən yanaşılır. Oğruların qorxusundan kənd və qəsəbə sakinlərinin təşviş içində yaşamaları isə polisin qətiyyən öz işinə marağı olmamasından irəli gəlir. Bu səbəbdən də Beyləqan polisində 50 çox cinayət hələdə bağlı olaraq qalır.Nazirin nəzərinə: Beyləqan DYP əməkdaşı rüşvət alarkən - FOTOFAKT
Qarşı tərəfidə dinləməyə hazırıq
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.