İCRA BAŞÇISI İLƏ PARTİYA SƏDRİ ARASINDA QALMAQAL YARANIB
27-04-2016, 02:24
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə YAP rayon təşkilatının sədri Almaz Haşımova arasında ziddiyətli məqam yaranıb.
Sonolay.org xəbər verir ki, 2014-cü ilin sonunda Maliyyə Nazirliyi Füzuli rayon Təhsil Şöbəsini təftiş edərkən, Almaz Haşımovanın küllü məbləğdə yeyintisini üzə çıxarır. Yalnız Almaz Həşimova düşdüyü vəziyyətdən müəyyən vaxt yayına bilir. İşini itirmək təhlükəsi ilə qarşılaşan təhsil müdirəsin o zaman MTN-də işləyən qohumu idarə rəisi Sübahir Qurbanov vəziyyətdən çıxarır. Lakin bu da çox keçmir, məlum MTN olayında nazirliyin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin rəisi Sübahir Qurbanov işdən çıxarılır.
Sonolay.org xəbər verir ki, Sübahir Qurbanovun işdən çıxarılmasından sonra vəziyyətin daha da qəlizləşdiyini görən icra başçısı Alı Alıyev Almaz Haşımovaya ərizəsini yazmağı məsləhət verir. İcra başçısı Almaz Həşimovaya söz verir ki, ara sakitləşdikdən sonra onu rayon icra hakimiyyəti başçısının Humanitar Məsələlər üzrə müavini vəzifəsinə gətirəcək. Hazırda verdiyi vədi tuta bilməyən Alı Alıyevlə partiya sədri arasında mübahisə yaranıb.
Mənbəmiz iddia edir ki, xanim Həşimova icra başçısına qəti şəkildə bildirib ki, sözünü tutmayacağı təqdirdə onun bütün qanunsuz və korrupsiya əməllərini ifşa edəcək. Bu sözlər isə İcra başçısını bir qədər də çətin duruma salıb.