Qazaxda Yasin Mürsəlov sosial partlayış yaradır.

27-04-2016, 09:59           
Qazaxda Yasin Mürsəlov sosial partlayış yaradır.

Teref info yazır ki,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələrindən olan şikayətlər durmadan artır. Nazir Səlim Müslümovun özünün düşündüyü kimi hər bir yerli şöbəyə bacarıqlı kadr təyin etməsinə baxmayaraq, onların əksəriyyətinin insanlarla davranış qabiliyyəti belə yoxdur. Bu məsələ Qazax rayon şöbəsində daha qabarıq formadadır.
Burada hər gün bir neçə nəfər elə şöbənin qabağındaca özünü intihar həddinə çatdırılır. Şöbədə işləyənlərin əksəriyyəti sadə və imkansız insanlarla danışmağa hövsələsi çatmır, onları sorğularına düzgün cavab vermək əvəzinə qəsdən başqa idarələrə kağız dalınca yollayırlar. Yəni bu sistemə hələ vahid pəncərə deyilən üsul gəlib çatmayıb. Bəzən isə, əgər nazirlikdən vətəndaşın işinin aşması üçün 10 sənəd tələb edilirsə, bu şöbədə elə bil qəsdən 15-i də əlavə edilir.
Qazax rayonunun Kosalar kənd sakini, 74 yaşlı Əmrahov Maldar İbrahimxəlil oğlunun işi isə ağlamalı vəziyyətə çatdırılıb. Ağsaqqal Əmrahov Maldar ömrünün belə ahıl çağında özündən 3 dəfə kiçik olan sosial müdafiə mərkəzinin müdiri Yasin Mürsəlovun süründürməçi əməllərinin yol yorğunluğuna çevrilib. Vətəndaşın sosial yardım üçün bankomat kartının qurtarmağına 2 ay qalmasına baxmayaraq, alacağı sosial yardımın vaxtı qurtarmamağına diqqət yetirilməmiş, nəticədə kartına pul köçürülməmişdir. Haqqını tələb edən ağsaqqal Yasin Mürsəlovun qəbuluna güc-bəla ilə düşərək birtəhər dərdini desə də, şöbə müdiri vətandaşı başından eləyərək kapital bankın Qazax Şöbəsinə göndərmişdir.
...Cavanlığında daim zəhmət tarlalarında alın təri ilə halal çörək yemiş, bu gün isə işini bilməyənlər əlində qalan Maldar Əmrahov imkansızlığına peşman kimi kövrəlib də.
teref.az yazır ki, işinə operativ yanaşmaqda həmişə fərqlənən bankın şöbə müdiri Paşa Mərdalıyev bankomat kartını seriyasına görə yoxlatdırarkən məlum olub ki, bankomat kartının vaxtının qurtarmasına hələ 2 ay qalıb. Bəli, vətəndaş Əmrahov qoca vaxtında yorğun halda yenidən Yasin Mürsəlovun yanına qayıdır. Təəssüflər olsun ki, bu dəfə Mürsəlovu yerində tapmır... İş vaxtı Yasin Mürsəlovun öz işinin dalınca getdiyini bildirirlər.
Belə hadisələr şöbədə demək olar ki, hər gün azı 10-15 dəfə baş verir. Bunların hamısı burada çalışan bəzi işçilərin, xüsusilə şöbə müdiri Yasin Mürsəlovun təlimatsızlığından, vətəndaşların yazılı və şifahi sorğularına düzgün cavab verməməyindən irəli gəlir. Bu da istər-istəməz bir məmurun ucbatından vətəndaşlar dövlət və hökumətdən narazı salınırlar. Əsaslı və əsassız teleqrama və şikayət ərizələri prezident aparatına və aidiyyəti nazirliklərə yollanır. Nəticədə, onsuz da evdən ac çıxan imkansızlar, maddi ehtiyaca üz tutanlar mənəvi cəhətdədn də boğulurlar. Söz yox ki, haqlı narazılıqlar yaradılır.
Verilən məlumata görə, Yasin Mürsəlov imkansızların hesabına imkanlı restoranlarda, o cümlədən Ağstafadakı “Limon” deyilən yerdə şam edir. Təbii ki, imkanlının yeyib-içməsi imkansızların heç vaxt gözlərindən yayınmır. Məmurun belə hərəkətləri də, qeyd etdiyimiz evlərində xeyli vaxtdır 5-6 tikə ət buğlada bilməyənlərin acı gülüşünə səbəb olur.
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!

TEREF.İNFO- İlham Hacalı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.