Paşinyanın arvadı Monakoya qumar oynamağa gedir?

23-06-2022, 11:46           
Paşinyanın arvadı Monakoya qumar oynamağa gedir?
Paşinyanın arvadı Monakoya gedəcək. Teref.az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşri mövzunu belə davam etdirib:

“Baş nazirin arvadı Anna Akopyan həftə sonu Monako Krallığına yola düşəcək, oradan geri qayıdarkən Nitsadan keçəcək və Parsamyan Kollecinin yaradılmasının 35-ci ildönümündə iştirak edəcək.

Əldə etdiyimiz məlumata görə, onu diasporun baş komissarı Zareh Sinanyan müşayiət edəcək. Xanım Akopyanın erməni icmasının olmadığı Monakoya hansı məqsədlə getdiyi məlum deyil. Bəlkə, Anna Akopyan Monako kazinolarında əylənməyə qərar verib?

Dəftərxana hələlik bu barədə heç bir məlumat yaymayıb və Akopyanın köməkçisi, arvadının iş yerində mediaya cavab verən yeganə işçi olan Zvart adlı köməkçi, adətən, zənglərə cavab vermir.

Amma məlumatımızı diaspor müvəkkilinin ofisi təsdiqləyib. Zareh Sinanyanın mətbuat katibi Amalya Karapetyan bildirib: “Bəli, baş nazirin xanımının həftəsonu səfəri planlaşdırılır və bu səfər zamanı onu diasporun baş komissarı müşayiət edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru